Masazırda saxta yağ, qaymaq və pendir istehsalının qarşısı alınıb
Mia.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Sosial media platformasında satışı həyata keçirilən qaymağın keyfiyyətinin aşağı olması ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) daxil olan müraciət əsasında Abşeron rayonu, Masazır qəsəbəsində yoxlama keçirilib.
Bu barədə Agentlikdən Mia.az-a bildirlib ki, istehsalçı müəssisələrdən tərkibində quru süd və süd yağı əvəzedicisi olan müxtəlif növ süd məhsullarını (qaymaq, pendir və s.) alıb etiketini çıxararaq, “təbii süd məhsulu” adı altında, müşayiətedici sənədləri olmadan “TikTok” və “İnstagram” sosial media səhifələrində satışını həyata keçirdiyi aşkarlanıb.
Eyni zamanda süd məhsullarının temperatur rejimi gözlənilmədən, soyuducu avadanlıqla təmin edilməyən minik avtomobili vasitəsilə müştərilərə çatdırıldığı müəyyən edilib.
Faktla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb, qanunsuz fəaliyyətin qarşısı alınıb.


