Masazırda təhlükəli manevr dəhşətli qəzayla nəticələndi 4 maşın… ANBAAN VİDEO
Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı–Sumqayıt yolunun Masazır qəsəbəsi ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi avtomobilin kamerasına düşüb.
Avtosfer.az xəbər verir ki, qəza bir müddət əvvəl günorta saatlarında qeydə alınıb. Görüntülərdən məlum olur ki, hərəkətdə olan “Toyota Corolla” markalı avtomobilin sürücüsü qəfil sol zolağa manevr edib. Nəticədə o, həmin zolaqda hərəkətdə olan avtomobillə toqquşub, ardınca isə öndəki yük maşınına çırpılıb. Zərbənin təsiri ilə avtomobil sonda dəmir arakəsməyə dəyərək dayanıb.
Hadisə nəticəsində üç nəqliyyat vasitəsi ilə yanaşı, əks istiqamətdə hərəkətdə olan avtomobilə də maddi ziyan dəyib.
İlkin məlumata görə, “Toyota”nın sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 15 Dekabr 2025 14:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















