Masazırda zibil qabları dolub daşır, antisanitar vəziyyət yaranıb
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Abşeron rayonunun Masazır kəndində antisanitar vəziyyət müşahidə olunur.
Oxu.Az xəbər verir ki, Akim Abbasov küçəsində, qəbiristanlığın arxasına dönən yolun üzərində, keçmiş "Tufan" marketin qarşısında yerləşən zibil qabları uzun müddətdir boşaldılmır. Nəticədə tullantılar qabların ətrafına dağılıb, ərazi zibilliyə çevrilib.
Sakinlər bildirirlər ki, bu vəziyyət artıq bir neçə gündür davam edir.
Qeyd edək ki, sözügedən vəziyyətlə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə sorğu verilib.

