Maşın öyrətmək adı ilə yola çıxıb telefonla oynadılar VİDEO
Icma.az bildirir, Avtosfer portalına istinadən.
Bakıda sürücülük təlimçisinin qayda pozuntusunu oxuculardan biri qeydə alaraq redaksiyamızın qaynar xəttinə göndərib. Avtosfer.az xəbər verir ki, hadisə avqustun 12-də, paytaxtın Atatürk prospektində qeydə alınıb. Belə ki, 99-MY-139 qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobildəki təlimçi və sükan arxasında sürücülüyü öyrənən hər iki şəxs telefonla məşğul olub.
Qeyd edək ki, hər iki şəxsin mobil telefondan istifadə etməsi qanunvericiliyə ziddir. Çünki sürücülüyü öyrədən təlimçinin özü sürücüyə bərabərdir. Onun mobil telefondan istidadəsini qanunvericilik məhdudlaşdırır. Lakin çox təəssüf ki, əksər təlimçilərin bundan xəbəri yoxdur. Bu səbəbdən sükan arxasında telefonla danışmaqla yanaşı, bəzən canlı yayımlar edirlər, sosial şəbəkə üçün videolar çəkirlər. Bu isə həm öz fikrini, həm də sürücülüyü öyrənənin fikrini yoldan yayındırır.
Fərid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 12 Avqust 2025 19:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















