Icma.az
close
up
RU
Menu

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İsrail bu aviabazadan personalı təxliyə edir

Sumqayıt ın Antalya toplanışı

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

Maşın sürərkən evinizdəkiləri də düşünün” Qızı qəzada həlak olan anadan sürücülərə ÇAĞIRIŞ VİDEO

Maşın sürərkən evinizdəkiləri də düşünün” Qızı qəzada həlak olan anadan sürücülərə ÇAĞIRIŞ VİDEO

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hər il noyabrın sonuncudan öncəki həftənin bazar günü Ümumdünya yol qəzası qurbanlarının Anım Günü kimi qeyd olunur. BMT tərəfindən qeyd olunan bu günün simvolik mənası dünya dövlətlərinin diqqətini yol-nəqliyyat hadisələrinin qarşısını almaq üçün ciddi addımlar atmağa cəlb etməkdir. Təəssüf ki, hər il dünya üzrə yol qəza qurbanlarının sayı 1,5 milyon nəfər təşkil edir. Qəzalarda xəsarət alanlar isə bundan iki dəfə çox olur. Bu isə o deməkdir ki, yol qəzaları bütün dünyada Ümumi Daxili Məhsulun (ÜDM) aşağı düşməsinə birbaşa təsir edir. Dünyada bu rəqəmi ÜDM-nin 0.9 faizi kimi götürürlər. Azərbaycanda isə 0.4-0.6 faiz aralığında rəqəmlərin formalaşdığı ehtimal olunur.


Qəzalar təkcə dövlətə iqtisadi cəhətdən zərər vurmur. Bu onun gələcəyi üçün də böyük təhlükədir. Yol qəzalarında ölən insanlar bir dövlət üçün rəqəm yox, vətəndaşdır. İtirilən hər bir vətəndaş dövlətin gələcəyi üçün də təhdiddir. Qəzalarda ölənlərin hansısa biri dövlətin mühüm vəzifəsində işləyə, mühüm tapşırıq yerinə yetirə bilər. Məsələn, elə bu il ANAMA-nın bir əməkdaşı nişan mərasimindən qayıdarkən qəza nəticəsində ölüb. Mart ayında Prezidentin Ağdam-Füzuli-Xocavənd rayonları üzrə Xüsusi nümayəndəliyinin əməkdaşı Svetlana Məmmədova da yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub. Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin, eləcə də Müdafiə nazirliyinin əməkdaşları arasında da qəza nəticəsində həyatını itirənlər oldu bu il. Bu baxımdan, avtomobil yollarında istər piyada qismində, istərsə də sürücü və sərnişin qismində diqqətli olmaq hər birimiz üçün vacib əhəmiyyət kəsb edir.
Mətbuatda dəfələrlə piyadaların səhvi ucbatından baş verən yol-nəqliyyat hadisələri və onların ağır nəticələri barədə xəbərlər dərc edilir. Doğrudur, bu gün bir çox piyada yol hərəkəti qaydalarına əməl etmir, piyadavurma hadisəsi baş verir. Nəticədə isə, sürücünün həyatı qaralır. Amma bəzən isə hər şey tam tərsinə cərəyan edir. Piyada nizamlanan və ya nizamlanmayan piyada keçidindən qaydalara uyğun şəkildə istifadə edir, amma hansısa sürücülük qabiliyyəti zəif, vecsiz, avtomobili necə gəldi idarə edən sürücü tərəfindən elə “zebra”nın üstündəcə vurulur.


Bax, belə piyadalardan biri də Leyladır. O, hələ 13 yaşı olarkən, bəlkə də yol həərkəti qaydalarını hamımızdan yaxşı bildiyi halda, elə piyada keçidinin üstündə vurulub. Səhər saatlarında Bacısı ilə birlikdə “Gənclik” metrosu yaxınlığında idmana gedərkən yolu piyadalar üçün ayrılmış hissədən və işıqforun onun üçün yanan yaşıl işığında keçib. Buna baxmayaraq, avtobus sürücüsü döngədə gözləməli, piyadaya, Leyla və onun bacısına yol verməli olduğu halda, buna məhəl qoymayıb və nəqliyyat vasitəsini onların üstünə sürüb.
Onların anası Gülnar Gözəlova Avtosfer.az-a müsahibəsində deyib ki, sürücü yalnız avtobusdankı sərnişinlərin xəbərdarlığından sonra avtobusu dayandırıb.


“Mən onları körpəliklərindən tək böyütmüşəm. Ədliyyə Naszirliyinin əməkdaşları belə bilir ki, mən nə hansısa pul, aliment, heç nə almamışam. Onlara yolu necə keçməli olduqlarını öyrətmişəm. Bacısı ilə Leyla cəmi yarım addım bir-birindən uzaq olublar. Səhər idmana gedirdilər. Piyada keçidində onlara yaşıl işıq yandığı zaman yolu keçiblər. 4-cü zolağın üstündə sürücü dönəndə onlara yol verməyib, əvvəlcə böyük qızımı vurub bir kənara atıb, Leylanın isə ön təkərlə ayağının üstündən keçib, amma dayanmayıb, sürüb, uşağı alıb maşınıbn altına. Sonra içəridəki sərnişinlər deyib ki, uşağı vurdun, maşını yolun kənarında saxlayıb. Heç nə etməyib. Yaxınlıqdakı taksi sürücülərinin köməyi ilə xəstəxanaya aparılıb”.


Gülnar Gözəlova bildirib ki, məhkəmədə sürücü Leylanın yolu düzgün keçmədiyini deyib məsuliyyətdən yayınmağa çalışıb:


“O deyirdi ki, avtobusun kor nöqtəsinə düşüb, görməmişəm. Sonra onun vəkili iddia etdi ki, uşağın başında “kepka” olub, işığı görməyib. Sonra dedilər ki, uşaq yola qaçırdı. Mən həmin vaxt müraciət edib hadisənin görüntülərini aldım və məhkəməyə təqdim etdim. Görüntülər məhkəmə zalında hamı tərəfindən izlənəndən sonra ortaya bir susqunluq çökdü. Hər şey aydın şəkildə görünürdü. Uşaqlar yolu onlara yaşıl işıq yanarkən keçmişdi. Avtobus sürücüsü isə onlara yol vermədən sürüb getmişdi. Onlar görəndə ki, artıq məhkəməni aldada bilməyəcəklər, başladılar ata tərəfə pul verməyə. Çünki atanın hələ də uşaqlar üzərində hüququ var idi. Buna görə də ondan şikayəti geri çəkməsini istəmişdilər. Mənim bir şansım var idi. O da uşaqların hüquqi varisliyini tək başıma üzərimə götürmək. Əks halda, sürücü ya az cəza ala bilərdi, ya da ev dustaqlığı ilə kifayətləniləcəkdi”.


Leylanın anası qeyd edir ki, bu məsələdə Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazov ona çox kömək edib:


“Mən varislik məsələsini həll edə bilmək üçün birbaşa Daxili işlər Nazirliyinə müraciət etdim. Məni Vilayət Eyvazov özü qəbul etdi və başqa əməkdaşlara yönləndirdi. Məni dinlədilər və hüquqi varisliyimi əldə etməyimə çox kömək etdilər. Bu ərəfədə Leylanın atası nəinki şikayəti geri götürmək, hətta dedilər ki, heç şikayət də etməyib. Müraciət edib ki, sürücü azadlığa buraxılsın. Məhkəmədə də vəkil dəfələrlə dedi ki, uşağın atasına, əmisinə pul verilib. Mənə də dəfələrlə pul təklif etdilər. Amma mən o pulu qəbul edə bilməzdim. Çünki mənim o pulu xərcləyəcəyim bir övladım yox idi artıq. Mənə dedilər ki, sənin ikinci qızın da var. Onun təhsilini, digər xərclərinizi, kirayə evinizin ödənişini qarşılayırıq və s. Amma mən razı olmadım. Çünki mən onsuz da onalrı belə kirayələrdə, çətinliklə böyütmüşdüm. Bəlkə də qızım qəzada yaralansaydı, qəbul edərdim, o pulu uşağımın xəstəxana xərclərinə ödəyərdim. Amma axı mənim övladım, ocağımın işığı kiçik fidanım artıq yox idi. Mən o pulu nəyə xərcləyə bilərdim?! Mən dövlətimin ədalətinə sığındım. 9 ay sonra o ədalət öz yerini tapdı, mən səbr etdim və məhkəmə sürücüyə 6 il həbs cəzası verdi. Düzdür, bu 6 il mənim övladımı geri gətirməz”.


Gülnar Gözəlova sonda piyadalara və sürücülərə müraciət edib:


“Piyadalardan xahiş edirəm ki, yolu yalnız piyada keçidlərindən istifadə edərək keçsinlər. Ehtiyatlı olsunlar. Hətta piyada keçidində belə, hansısa vecsiz sürücü onları görməzdən gələ bilər. Sürücülərdən isə xahişim odur ki, maşın sürərkən öz evindəkiləri düşünsünlər. Çünki hər evdən bir Leyla çıxır. Çünki onun da evində bu gün harasa getməli olanlar var. Hər bir Leyla öz evinin ümididir, gələcəyidir, işığıdır. Gəlin o işıqları söndürməyək”.
Gülnar Gözəlovanın Avtosfer.az-a verdiyi müsahibənin videosunu sizə təqdim edirik:
Səfər

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 02 Dekabr 2025 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see258

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see236

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see234

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see191

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see189

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see177

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see171

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see163

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see159

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see150

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see149

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see146

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see144

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see143

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see141

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see134

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see133

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see129

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri