Maşından əl çıxaran sürücülərə Xəbərdarlıq!
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
Yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan amillərdən biri də sürücünün sükan arxasında idarəetməni itirməsidir. Bəzi sürücülər avtomobildə hərəkətdə olan zaman əlini pəncərədən çölə çıxarırlar ki, bu da öz növbəsində idarəetməni çətinləşdirir və eyni zamanda qəza riskini artırır.
“Qafqazinfo” xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi bu cür hallarla bağlı sürücülərə xəbərdarlıq edib.
Mövcud qanunvericiliyin tələblərinə əsasən sürücü hərəkət zamanı sükanı əlindən buraxmamalıdır, belə hal aşkarlandığı təqdirdə sürücü barəsində AR İXM-nin 342.1.4-cü (hərəkət zamanı sükanı əldən buraxmağa görə) maddəsinə uyğun olaraq qırx manat məbləğində cərimə tətbiq ediləcəkdir.
DYP sürücülərə müraciət edərək baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması məqsədilə onlardan diqqətli olmağı, yol hərəkəti qaydalarına birmənalı olaraq riayət etmələrini xahiş edir.
Baxış sayı:94
Bu xəbər 08 Avqust 2025 12:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















