Icma.az
close
up
RU
Maşını doludan belə qorumaq olar

Maşını doludan belə qorumaq olar

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Dolu zamanı avtomobillərə dəyən zərər sürücülər üçün ciddi xərclər yaradır. Maşını təbiət hadisələrindən qorumaq üçün həm bahalı, həm də sadə üsullardan istifadə etmək mümkündür.
Sinoptiklər dolu xəbərdarlığı etdikdə ilk növbədə avtomobili qapalı dayanacaqlarda, ticarət mərkəzlərinin yeraltı parkinqlərində və ya yanacaqdoldurma məntəqələrinin çardaqları altında saxlamaq ən etibarlı yoldur. Əgər yaxınlıqda belə yer yoxdursa, maşını hündür binaların yağışın istiqamətinə əks olan tərəfində park etmək zərbənin gücünü azalda bilər.
Açıq havada qalan nəqliyyat vasitələri üçün xüsusi dolu əleyhinə örtüklər satılır. Bu örtüklər qalın süngər qatına malik olduğu üçün buz parçalarının enerjisini udur. Belə avadanlığı olmayan sürücülər isə daha praktik üsullara əl atırlar. Maşının kapotuna və damına qalin adyallar, köhnə xalçalar və ya rezin ayaqaltılar sərərək onları iplə bərkitmək olar. Hətta karton qutuları açıb şüşələrin üzərinə düzmək də müvəqqəti qorunma təmin edir.
Yol hərəkəti zamanı dolu düşməyə başlayarsa, dərhal sürəti azaldıb təhlükəsiz yerdə dayanmaq lazımdır. Çünki hərəkət edən avtomobilə dəyən dolunun zərbə qüvvəsi dayanmış vəziyyətdəkindən ikiqat daha çox olur. Mütəxəssislər dolu bitənə qədər salonda qalmağı və şüşələrdən uzaq durmağı tövsiyə edirlər.
Avtomobil sığortasının növü də belə hallarda mühüm rol oynayır. Kasko sığortası olan sürücülər dəyən zərəri sığorta şirkətindən tələb edə bilərlər. Lakin icbari sığorta təbiət hadisələri zamanı dəyən ziyanı qarşılamır.
İsmayıl
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 29 May 2026 22:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see434

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see372

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see290

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see276

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see258

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see251

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see248

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see237

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see230

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see226

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see222

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see220

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see218

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see218

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see210

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see208

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see207

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see202

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri