Maşını piyada keçidində park edib sükan arxasında əyləşən sürücü 77UR417 VİDEO
Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Paytaxtın Nəsimi rayonu Ceyhun Səlimov küçəsində dayanma-durma qaydasını pozan sürücü görüntülənib.
Xoşagəlməz mənzərəylə bağlı izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına videomaterial göndərib. Belə ki, 77-UR-417 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobilin sürücüsü maşını piyada keçidində park edərək piyadaların hərəkətinə əngəl törədib. Nəticədə ərazidən keçən piyadalar çətinlik çəkiblər. Görüntüdən də aydın olduğu kimi, səkidə uşaq arabalarının və fiziki əngəllilərin keçiddən rahat istifadəsi üçün yer ayrılıb. Lakin qayda pozan sürücü onların hərəkətinə də mane olub. İşin ən qəribə tərəfi isə, sürücünün sükan arxasında əyləşməsi olub.
Xatırladaq ki, bu xətanı törədən sürücülər İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən 60 manat məbləğində cərimələnə bilərlər.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 12 Dekabr 2024 13:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















