Maşını qaçırıb Olimpiya Stadionuna daxil olmaq istədi
Teleqraf.com saytına istinadən Icma.az xəbər verir.
Noyabrın 18-də Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən Teleqraf.com-a bildirillib ki, Türkiyə Respublikasının vətəndaşı 37 yaşlı Mustafa Kılıçoğlu sərxoş vəziyyətdə tanışına məxsus “Mersedes” markalı avtomobili zor tətbiq etməklə qaçıraraq stadion ərazisində mühafizə hasarına vurmaqla xuliqanlıq hərəkətləri törədib.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Fakta görə polis idarəsində cinayət işi başlanılaraq M.Kılıçoğlu həbs edilib.
Cinayət işi üzrə istintaq hərəkətləri aparılır.

