Maşınında 29 kq marixuana olan narkotacir tutuldu Foto
Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə fasiləsiz xarakter alıb.
Nazirliyin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Sabunçu rayonunda keçirilən əməliyyat zamanı əvvəllər narkotiklərlə əlaqədar cinayətlərə görə məhkum olunmuş 49 yaşlı Fuad Cəfərov tutulub. Onun idarə etdiyi avtomobildən 29 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanaraq götürülüb.
F.Cəfərov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə paytaxt ərazisindəki gizli yerdən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib.
Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 15 Aprel 2025 17:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















