Maşınla qadını vurub hadisə yerindən qaçan sürücü həbs edildi
Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı Apellyasiya Məhkəməsində qəza törədərək hadisə yerindən qaçmaqda təqsirləndirilən Sadiq Abdullayevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Avtosfer.az Pravda.az-a istinadla xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, müttəhimin şikayəti təmin edilməyib.
İttihama görə, hadisə 02 iyul 2024-cü il tarixdə, saat 20:40-da paytaxtın Xəzər rayonunun Zirə qəsəbəsində qeydə alınıb.
Belə ki, "VAZ-2106" markalı avtomobili etibarnaməsi və sürücülük vəsiqəsi olmadan idarə edən sürücü Sadiq Abdullayev Zirə qəsəbəsində hərəkətdə olarkən piyada keçidi olmayan yerdən yolu keçən Çimnaz Məmmədovanı vurub. Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücü isə hadisə yerindən qaçıb.
Daha sonra o, saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Abdullayev 5 il 2 ay 10 müddətinə azadlıqdan məhrum edilib və dərhal məhkəmə iclas zalından həbsə alınıb.
Baxış sayı:43
Bu xəbər 05 Noyabr 2025 16:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















