Icma.az
close
up
RU
Maşınlar bu yolda 20 saniyəlik yolu 20 dəqiqəyə keçməli olur...

Maşınlar bu yolda 20 saniyəlik yolu 20 dəqiqəyə keçməli olur...

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Cavanşir körpüsü söküləndən sonra həmin ərazidə tıxac və sıxlıq olmayacağı gözlənilirdi. Lakin yol yenidən açılandan sonra aydın oldu ki, vəziyyət daha da pisləşib.

İndi günün bütün saatlarında həmin yolda tıxac olur. Avtomobillər 20 saniyəlik yolu 20 dəqiqəyə keçməli olurlar. Sürücülər deyir ki, yolda hərəkətin tənzimlənməsi bərbaddır, hətta tıxac süni səbəblərdən əmələ gəlir. Bəzi sürücülər sıra ilə getməkdənsə, sağa burulur, yardımçı yolla irəliləyərək 100-150 metr qabağa düşməyə çalışır, sonradan ana yola çıxaraq, intizamla hərəkət edən avtomobillərin yolunu daraldırlar. Nəticədə sürət aşağı düşür, hərəkət intensivliyi pozulur.

Qeyd edək ki, Cavanşir körpüsü ötən ilin may ayında sökülüb, yeni yolun açılışı isə avqust ayında olub. Dörd hərəkət zolaqlı yeni yolun uzunluğu 400 metrdir.

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı vaxtilə məsələ ilə bağlı açıqlamasında bildirmişdi ki, körpünün sökülməsi ilə ərazidə nəqliyyatın hərəkətində ciddi dəyişiklik gözləmir.

“Sadəcə olaraq, hərəkətin təşkilində müəyyən yeniliklər olacaq. Ərazidə körpüsüz bir hərəkət mexanizmi qurulacaq, çünki Heydər Əliyev və Babək prospektlərindən, Afiyəddin Cəlilov küçəsindən gələn bütün nəqliyyat vasitələri həmin istiqamətə yönəlir. O yolun ötürücülük qabiliyyəti məlumdur. Yolda hər hansı alternativ variant yoxdursa, körpünün sökülməsi heç bir ciddi dəyişєikliyə yol açmayacaq”.

Axar.az xəbər verir ki, nəqliyyat eksperti Eldəniz Cəfərov Musavat.com-a açıqlamasında sözügedən yolun sağ və solunda müxtəlif obyektlərin olduğu üçün ərazidə işıqforun quraşdırılmasının doğru qərar olduğunu bildirib:

“Hesab edirəm ki, tıxacın yaranmasına səbəb işıqforun quraşdırılması deyil. Cavanşir körpüsü olanda orada sıxlıq olub. Həmin yola bir neçə istiqamətdən avtomobil daxil olduğu üçün sıxlıq olması təbiidir. Həmin ərazidə hərəkət intensiv olduğu üçün sıxlıq yaranır. Əsas məsələ sıxlığın tıxaca çevrilməməsidir ki, Yol Patrul Xidmətinin əməkdaşları 7/24 bunun üçün tənzimləmə həyata keçirirlər. Paralel küçələrdən olan Afiyəddin Cəlilov küçəsində hər zaman tıxac olmasının səbəbi işıqforun saniyəsinin az olmasıdır, buna görə də təxminən 1 dəqiqədən çox gözləmə olur. Bu orada yaşayan sakinlərə narahatlıq yaradır. Sutkanın demək olar ki, bütün saatlarında bu küçədə siqnalların səsi eşidilir. Bundan başqa, tıxacda qalan avtomobillərin buraxdığı karbon qazı atmosferə ciddi zərər verir. Bütün bu amilləri nəzərə alsaq, işıqforun saniyəsinin azaldılmasına ehtiyac var. Afiyəddin Cəlilov Yusif Səfərov küçəsi ilə kəsişir ki, həmin küçədə hərəkət hər zaman intensiv olub. Yusif Səfərov şəhərətrafı ərazilərlə şəhər mərkəzini birləşdirən əsas küçələrdən biridir. Buna görə də bu küçədə hər zaman hərəkətdə sıxlıq müşahidə olunub”.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinin baş inspektoru, polis kapitanı Toğrul Nəsirli qeyd edib ki, ərazidə sıxlığın qarşısının alınması istiqamətində Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirilir:

“Əməkdaşlarımız ərazidə nizamlayıcı qismində, YPX avtomobili ilə xidmət aparırlar. Əsas məqsəd yarana biləcək sıxlığın qarşısının alınması, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunmasıdır. Bu istiqamətdə Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən müvafiq tədbirlər görülür”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://axar.az
archiveBu xəbər 13 Fevral 2025 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri