Icma.az
close
up
RU
Maşınların ən rahat oğurlanan hissəsi Hansı avtomobillər hədəfdədir?

Maşınların ən rahat oğurlanan hissəsi Hansı avtomobillər hədəfdədir?

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Bir vaxtlar sadəcə texniki detal kimi tanınan katalizator indi qara bazarda ən çox satılan detal olmaqla yanaşı sürücülər üçün ciddi problemə çevrilib. Son illərdə avtomobillərdə katalizatorun çıxarılması və oğurlanması Azərbaycanda geniş müzakirə olunan mövzulardan birinə çevrilib.
Ümumiyyətlə katalizator nədir, avtomobildən çıxarılanda nə baş verir və bu detal niyə “ölüxanalarda” (işlənmiş maşın detalları satılan qara bazar) əl-əl axtarılır? Əvvəlcə onu araşdıraq:
XIX əsrdə fransız mühəndislər kəşf etsə də 1930-cu ildə ABŞ-da patentləşdirilən bu texniki detal avtomobilin egzoz sistemində yerləşən bir hissədir. Onun işi çıxan tüstüdəki zərərli qazları (nitrogen oksid, karbon monoksid, hidrokarbonlar) daha az zərərli qazlara çevirməkdir – buna kataliz reaksiyası deyilir. Bu, həm də havanın çirklənməsinin azalmasına yardım edir. Əgər katalizator götürülərsə, maşından daha çox zərərli qaz çıxar. Maşında səs (uğultu) artır, ekologiya tələblərinə cavab vermir və texniki baxış zamanı cərimələnir.  
Ən çox oğurlanan və oğurlandığı sübuta yetirilə bilməyən avtomobil detalı
Bu gün hansı “ölüxana”ya girsən müxtəlif qiymətdə və materialda katalizator tapmaq mümkündür. Bəzi az tanınmış avtomobil markaları üçün çətin  əldə oluna bilər, amma xüsusilə hibrid maşınların katalizatoruna tələbat yüksəkdir. Əsasən Toyota Prius, Toyota Camry, Honda CR-V, Honda Accord, Subaru Outback, bundan başqa SUV və pikapların da katalizatorlarına sıx rast gəlmək mümkündür.
Sual yarana bilər ki, bu maşınların özü ayrı, katalizatoru niyə ayrı satılır?
Cavab: əksər hallarda oğurlanır. Hər nə qədər ürəkaçan cavab olmasa da bu məsələdə diqqətli olmaq lazımdır. Katalizator ən çox oğurlanan və oğurlandığı sübuta yetirilə bilməyən avtomobil detalıdır. Səbəbi də odur ki, katalizatoru çıxarmaq asandır. Sadə alətlərlə altından kiçik bir hissə kəsməklə bir neçə dəqiqədə çıxarıla bilər. Üstəlik katalizatorlarda VIN seriya nömrəsi olmur, buna görə oğurlanan hissə təqib olunmadan rahat satıla bilir.
 

Qeyd etdiyim kimi bazarda müxtəlif qiymətə satılsa əslində qızıl dəyərindədir. Alıcılar onu texniki hissə kimi alıb maşınlarında istifadə edirlər. “Lom” satıcılarına isə katalizorun tərkibi maraqlıdır: belə ki, onun tərkibində dəyərli metalları var. Katalizatorun içərisində platin, palladium və rodium kimi nadir və dəyərli metallar olur. Bu metalların qiyməti çox yüksəkdir, düzdür katalizatorlarırn içindən həmin materiallar çox az çıxır, amma yenə də toplu halında az sayılmaz.


Hazırda Azərbaycanda satılan, yaxud gətirilən katalizatorların təxmini qiyməti belədir: Sadə dəmir katalizatorlar (ikinci əl) – 150-400 manat, yeni sadə katalizator (xaricdən özü gətirəndə) – 300-500 manat, orijinal (rəsmi servisdən) – 2000-2500 manat. Metal kimi qiymət 800-3000 manat arasında dəyişir. Bu qiymətlər əsasən Bakı və ətraf şəhər/qəsəbələr üçün keçərlidir, satış mənbəsi, hissənin vəziyyəti və avtomobil modelinə görə dəyişə bilər.
Şəfiqə Şəfa, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:414
embedMənbə:https://bizim.media
archiveBu xəbər 27 Yanvar 2026 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see421

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see332

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see244

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see237

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see228

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see219

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see217

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see216

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see212

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see194

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see193

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see187

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see184

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see182

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see180

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri