Maşınlarını harda gəldi saxlayan sürücülər sakinləri narahat edir FOTO
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Paytaxtın Binəqədi rayonu, Cavadxan küçəsi 21 ünvanında yerləşən 5 mərtəbəli binanın sakinləri binanın grişinin avtomobillərlə bağlanmasından şikayət edirlər.
Avtosfer.az xəbər verir ki, yolun hər iki tərəfində şəxsi nəqliyyat vasitələrinin nizamsız şəkildə saxlanması nəticəsində binaya giriş-çıxış mümkünsüz hala gəlib.
Sakinlərin sözlərinə görə, dəfələrlə aidiyyəti qurumlara müraciət olunub, qaydaları pozan sürücülər barəsində cərimə tədbirləri görülüb. Lakin problem müvəqqəti həll olunsa da vəziyyət tezliklə əvvəlki halına qayıdır.
Onlar bildirirlər ki, hazırda blokun qarşısı tamamilə avtomobillərlə tutulub. Bu isə fövqəladə hallarda ciddi problemlərə səbəb ola bilər. Həmçinin taksi və yükdaşıma xidmətləri də binaya yaxınlaşa bilmir.
Sakinlər qeyd edirlər ki, hazırda ərazidə dayanma-durma qaydalarını pozaraq saxlanılmış avtomobillər arasında bu dövlət qeydiyyat nişanlı maşınlar var: "BMW" markalı 77-TH-117, "Hyundai" markalı 77-RK-445 və "Chevrolet" markalı 90-YD-352.
Onlar məsələ ilə bağlı aidiyyəti qurumların daha ciddi və davamlı tədbirlər görməsini tələb edirlər.
Eltac Zülfüqaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 10 İyun 2025 15:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















