Icma.az
close
up
RU
Maşınlarını məktəbin işçilərinə yudurdan Arifə Məmmədova direktor təyin olundu

Maşınlarını məktəbin işçilərinə yudurdan Arifə Məmmədova direktor təyin olundu

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

240 nömrəli tam orta məktəbin direktor müavini Arifə Məmmədova direktor təyin olunub. 

Milli.Az-ın əldə etdiyi məlumata görə, Arifə Məmmədova dünən 240 nömrəli tam orta məktəbdəki işindən çıxıb və paytaxtda seçilən təhsil müəssisələrindən olan 20 nömrəli məktəb-liseyə direktor təyin olunub. 

Xatırladaq ki, Arifə Məmmədovanın adı ictimaiyyətə yad deyil. Bakının 240 nömrəli tam orta məktəbinin direktoru Esmira Məmmədova və direktor müavini Arifə Məmmədova öz maşınlarını məktəbin işçilərinə yudurtmaqla gündəmə gəlmişdilər.

Belə ki, məktəbin direktoru Esmira Məmmədova və direktor müavini Arifə Məmmədovaya məxsus olduğu bildirilən 77-PV-515 və 77-YG-944 dövlət nömrə nişanlı nəqliyyat vasitələri məktəbin ərazisində saxlanılıb və məktəbin texniki işçiləri tərəfindən yuyulması ilə bağlı görüntülər mediada yayılmışdı.

İddialara əsasən, Arifə Məmmədova məktəbdəki vəzifəsindən şəxsi məqsədlər üçün istifadə edib. Onun dərs saatlarını digər müəllimlər və laboratoriya əməkdaşlarına ötürərək dərsdən yayınması, eyni zamanda məktəbin işçilərinə şəxsi işlər gördürməsi ilə bağlı görüntülər də ortaya çıxıb.

Daha öncə Şəmkir rayonunda çalışdığı dövrdə də Arifə Məmmədovanın adı qalmaqallı iddialarda hallanıb. 

Sözügedən hal ictimailəşdikdən sonra isə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 240 nömrəli məktəbin həyətində məktəb direktoruna və direktor müavininə məxsus avtomobillərin texniki işçilər tərəfindən yuyulması ilə bağlı məsələ araşdırıldı. Texniki işçilərə maşınını yudurdan Bakı şəhəri 240 nömrəli tam orta məktəbin direktoru Esmira Məmmədova işdən çıxarılıb. Direktor müavininə isə hər hansı cəza verilməsi ilə bağlı rəsmi açıqlama olmadı. 

Hazırda isə Arifə Məmmədova 20 nömrəli məktəb-liseyə direktor təyin olunub.

Xatırladaq ki, Bakıda Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin direktoru Esmira Azər qızı Ağayeva ötən ay işdən çıxarılıb.

Mehman Əsədov
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 22 Oktyabr 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri