Icma.az
close
up
RU
Maşınqayıran MTK məhkəmə qərarına hörmət etmir

Maşınqayıran MTK məhkəmə qərarına hörmət etmir

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Bir müddət öncə mediada vətəndaş Orxan Şirinzadənin “Maşınqayıran” MTK ilə bağlı şikayəti yayımlanıb.

Modern.az Operativ Media-ya istinadən xəbər verir ki, vətəndaş ona məxsus obyektin qanunsuz olaraq başqasına satıldığını iddia edib. O, bildirib ki, “Maşınqayıran” MTK ona müraciət edərək obyektinin yerləşdiyi ərazidə tikinti işləri aparmaq barədə niyyətini bildirib. Orxan Şirinzadə MTK-ya inanaraq öz razılığını verib.

O.Şirinzadə qeyd edib ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq Prospekti, ev 54 ünvanında yerləşən rəsmi çıxarışla 110.8 kvadrat metr, faktiki olaraq isə daha çox sahəsi olan tam təmirli obyekti olub. Obyekt 3.500 manat məbləğində icarə haqqı qarşılığında gəlinlik mağazası kimi fəaliyyət göstərib.

“Maşınqayıran” MTK ilə müqavilə bağlayan vətəndaş müəyyən şərtlər qarşılığında həmin ərazidə MTK-nın bina tikməsinə razılıq verib. Bu səbəbdən vətəndaş Orxan Şirinzadə ilə “Maşınqayıran” MTK ilə 13 may 2022-ci il tarixli 109 nömrəli “Əvəzləşdirmə” müqaviləsi bağlanılıb. Həmin müqavilənim bəndlərinə görə, O.Şirinzadə xüsusi mülkiyyətində olan obyektin sökülməsinə razılıq verib, MTK isə əvəzində bina inşa edilənə və ona obyekt verilənə qədər hər ay kompensasiya məbləği olaraq 3.500 AZN pul ödəyir və nəticədə 230 kv m qeyri-yaşayəş və 40 kv m qaraj verir. Müqavilənin 1.2-ci bəndinə əsasən, çıxarışla müqavilə arasında fərq olduqda, əlavə olaraq hər 1 kv m görə 15.000 AZN pul ödəyir. Lakin tikinti işləri yekunlaşdıqdan sonra MTK müqavilə şərtlərinə əməl etməyib. Belə ki, bu müddət ərzində O.Şirinzadəyə ödənilməli olan kirayə pulları ödənilməyib, tikinti başa çatdıqdan sonra öz obyekti deyil, dəyərindən 70-80 faiz aşağı sahə təklif olunub, öz obyekti isə başqa bir şəxsə satılıb.

O.Şirinzadə MTK-ya qarşı iddia qaldıraraq kirayə pulların ödənilməsi üçün məhkəməyə müraciət edib, tələbi haqlı və qanuni olduğu səbəbindən onun xeyrinə məhkəmə qətnaməsi çıxarılıb. Lakin MTK Azərbaycan Respublikasının adından çıxarılmış yekun məhkəmə aktını icra etməkdən boyun qaçırmaqla yanaşı, ona qarşı süni surətdə vaxtı uzatmaq məqsədilə məhkəmədə əsassız olaraq yeni iddialar verib.

Məsələni diqqətdə saxlayan e-huquq.az həmin iddiaların təmin olunmaması barədə məlumat əldə edib. Belə ki, məhkəmə O.Şirinzadənin xeyrinə qərar qəbul edib. Buna baxmayaraq, o, hüquqlarının bərpa olunmasına nail ola bilmir.

O.Şirinzadə deyib ki, əlində məhkəmə qərarı olmasına baxamaraq, MTK qanunsuz əməllərinə davam edir və onun mülkiyyət hüququnu pozur. Vətəndaş deyir ki, məsələ ilə əlaqədar aidiyyəti qurumlara etdiyi müraciətlər də nəticəsiz qalıb. Çarəsiz qalan O.Şirinzadə hüquqlarının bərba olunması üçün ölkə başçısı cənab İlham Əliyevə müraciət edəcəyini bildirib.

“MTK-nın ayrı-ayrı vəzifəli şəxsləri məni aldadaraq əmlakımı əvəzsiz əldə edib, heç bir kirayə haqqı ödəmədən, əmlakımı sökərək yerində hündürmərtəbəli bina inşa ediblər, əvəzində isə həmin inşa edilmiş binada vəd verilmiş sahə üzrə obyekt verilməyib. Beləliklə, mənə qarşı aldatma yolu ilə əmlakım ələ keçirilib və xüsusilə külli miqdarda ziyan vurulub. Mənim istəyim odur ki, haqq-ədalət öz yerini tapsın. Mənə qarşı edilən bu qanunsuz əməllərə son qoyulsun, cavabdeh olan vəzifəli şəxslər məsuliyyətə cəlb olunsunlar”, - deyə şikayətçi bildirib.

Qeyd edək ki, MTK-lar tərəfindən vətəndaşların bu formada aldadılması hallarına tez-tez rast gəlinir. Bir müddət öncə tanınmış vəkil, hüquq elmləri üzrə fəlsəfə doktoru Şaiq Mirzəyev də saytımıza açıqlamasında MTK-ların vətəndaşların mülkiyyət hüququnu pozmasından bəhs etmişdi. Bildirmişdi ki, MTK-lar vətəndaşların etibarından istifadə edərək onlarla müqavilə bağlayır və vətəndaşın razılığı ilə əmlakını sökür. Sonradan isə vətəndaşlara heç bir kompensasiya ödənilmir. Uzun çəkən məhkəmə proseslərindən sonra vətəndaşların xeyrinə qətnamə çıxarılsa da, MTK-lar həmin qətnamələri icra etmirlər. MTK tikinti işlərini yekunlaşdırdıqdan sonra fəaliyyətini dayandırır. İnşa edilmiş binada ayrı-ayrı mülkiyyətçilər yaranır. Həmin MTK-nın balansında nə pul vəsaiti, nə də əmlak olmur. İcra sənədi də icra olunmadan məhkəməyə geri qaytarılır. Beləliklə, vətəndaşlara külli miqdarda zərər dəyir.

Ş.Mirzəyev təklif edib ki, bütün bu hallarla bağlı Baş Prokurorluğun rəhbərliyi ilə xüsusi komissiya yaradılmalı və həmin komissiyanın tərkibində aidiyyəti qurumlar təmsil olunmalıdır. Komissiya həm əmlakını itirmiş şəxslərin şikayətlərini araşdırmalı, həm də bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təkliflər hazırlamalıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Mart 2025 09:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see356

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see289

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see237

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see237

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see178

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see152

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see149

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see143

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see140

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri