Mask ABŞı xarici hərbi münaqişələrdə iştirakdan imtina etməyə çağırıb
Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bizimyol.info xəbər verir ki, bu fikri ABŞ-ın yeni hökumətində yüksək vəzifə daşımağa namizəd olan İlon Mask sahibi olduğu "X" sosial platformasındakı hesabında yazıb.
“Ümumiyyətlə, xarici müharibələrdən uzaq durmalıyıq”, - deyə o qeyd edib.
Eyni zamanda, Mask ABŞ-a “dünya sülhün” təhdid altında olduğu şəraitdə digər ölkələrin silahlı münaqişələrində iştirak etməyi tövsiyə edib. "ABŞ lokal münaqişələrdən uzaq durmalıdır, lakin qlobal təhlükələrə də diqqətlə yanaşmalıdır. Dünyada sülhün qorunması ABŞ kimi böyük dövlətin prioriteti olmalıdır", - deyə qeyd edib.
Qeyd edək ki, bu gün Suriyada baş verənlərə ABŞ-ın seçilmiş, bir necə gündən fəaliyyətə başlayacaq prezidenti Donald Tramp: “Suriya qarışıqdır, lakin o, bizim dostumuz deyil və Birləşmiş Ştatlar heç nə etməməlidir. Bu, bizim müharibəmiz deyil, biz imkan verməliyik ki, bu vəziyyət öz həllini tapsın. Heç bir müdaxilə olmamalıdır”, - deyə münasibət bildirib.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 07 Dekabr 2024 21:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















