Icma.az
close
up
RU
Mask deyir ki, o, DOGE yə sərf etdiyi vaxtı kəskin şəkildə azaldacaq

Mask deyir ki, o, DOGE yə sərf etdiyi vaxtı kəskin şəkildə azaldacaq

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Trampın baş müşaviri və Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri, milyarder iş adamı Elon Mask DOGE-yə sərf etdiyi vaxtın "kəskin" şəkildə azalacağını söyləyib.

Bizimyol.info xəbər verir ki, "Axios"un verdiyi məlumata görə, Mask hökumətdə maliyyə məsələlərinə cavabdeh olduğu DOGE-nin, baş direktoru olduğu "Tesla"ya təsiri barədə də danışıb.

Mask, may ayından etibarən DOGE-yə sərf etdiyi vaxtın "kəskin" şəkildə azalacağını və Trampın istədiyi və hökumət üçün faydalı olduğu müddətcə həftədə bir və ya iki gününü hökumət işlərinə ayırmağa davam edəcəyini bildirib.

"Mən dayandırdığımız israfın və saxtakarlığın geri qayıtmamasını təmin etmək üçün Prezidentin səlahiyyət müddətinin qalan hissəsi ərzində bunu davam etdirməliyəm", - deyə Mask qeyd edib.

"Tesla"nın bir neçə "problem"lə qarşılaşdığını da etiraf edən Mask, şirkətin gələcəyinin hələ də parlaq olduğunu söyləyib. Maskın açıqlamaları "Tesla" səhmlərinin ilin əvvəlindən dəyərini itirməsindən sonra gəldi.

Tramp 2024-cü il noyabrın 5-də ABŞ-da keçirilən prezident seçkilərində qalib gəldikdən sonra şirkətin sahibi Maskın siyasi hərəkətləri səbəbindən "Tesla"nın populyarlığı azalıb. Trampın seçkilərdəki qələbəsindən sonra əldə etdiyi qazancların böyük hissəsini itirən "Tesla" səhmləri ilin əvvəlindən bu yana 41 faiz dəyər itirib.

Amerikalı elektrik avtomobil istehsalçısı "Tesla"nın xalis mənfəəti də bu ilin birinci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 71 faiz azalıb.

Tramp administrasiyasında fəal rol alan Maskın siyasi hərəkətləri səbəbindən "Tesla" etirazlara və boykotlara məruz qalıb. Seçki kampaniyası zamanı Trampı dəstəkləyən Mask Tramp yenidən prezident seçildikdən sonra DOGE-nin rəhbəri olub. Maskın məsul olduğu DOGE-nin atdığı xərcləri azaltma addımları və minlərlə federal işçinin ixtisarı müzakirə mövzusu olub. ABŞ-ın müxtəlif yerlərində Maska məxsus "Tesla" avtosalonları qarşısında nümayişlər keçirilib, etirazlar zamanı həbslər də olub.

Tramp həmçinin baş məsləhətçisi təyin etdiyi Maska dəstəyini göstərmək üçün "Tesla" avtomobili alıb.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 23 Aprel 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri