Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Mask hakimiyyəti ələ keçirə BİLƏCƏK?

Mask hakimiyyəti ələ keçirə BİLƏCƏK?

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Amerikalı texnologiya nəhəngi və milyarder İlon Mask rəsmi olaraq öz siyasi partiyasını təsis etdiyini açıqlayıb.

“Amerika” adlanan yeni partiyanın yaradılması barədə Mask sosial şəbəkə üzərindən keçirdiyi sorğunun nəticəsinə əsaslanaraq qərar verdiyini bildirib. Sorğuda iştirak edən 800 mindən çox istifadəçinin təxminən 65 faizi təşəbbüsü dəstəkləyib.

Maskın sözlərinə görə, partiyanın əsas hədəfi ABŞ vətəndaşlarına “azadlıqlarını qaytarmaq”dır. O, yeni siyasi gücün 2026-cı ildə keçiriləcək aralıq seçkilərində Senatda 2-3, Nümayəndələr Palatasında isə 8-10 yer qazanacağını gözləyir: “Bu qədər mövqe belə, mübahisəli qanunlara həlledici səs vermək üçün kifayət edəcək”, - deyə o qeyd edib.

İlon Maskın 2024-cü ildə Donald Trampın prezident kampaniyasına 280 milyon dollardan çox maliyyə dəstəyi göstərdiyi məlum olsa da, son vaxtlar onun Trampdan uzaqlaşdığı müşahidə edilir. Xüsusilə “Böyük Gözəl Qanun” (Big Beautiful Bill) adlı federal xərclərin azaldılmasına dair qanun layihəsi ətrafında yaşanan fikir ayrılığı münasibətləri gərginləşdirib. Mask bu qanunun ölkəni “borc əsarətinə” sürüklədiyini deyib, Tramp isə onun layihələrinə ayrılan dövlət vəsaitlərinin təftiş edilməsini tələb edib.

Bəzi ekspertlər Maskın hakimiyyətə iddialı olduğunu düşünür.

Modern.az-ın məlumatına görə, Respublikaçılar yeni partiyanın yaradılmasını tənqid edib, bunun 2026-cı ildə Konqresdə əksəriyyəti qorumaq üçün onların şanslarını azalda biləcəyini bildiriblər.

“Fox News” telekanalının məlumatına görə, bəzi mühafizəkar dairələr sorğunun nəticələrinə etiraz edib, burada botların və ABŞ vətəndaşı olmayan şəxslərin də iştirak edə biləcəyini qeyd ediblər.

Yeni partiyanın perspektivləri nə qədər realdır?

“The Washington Post” yazır ki, Maskı qarşıda çətin bir yol gözləyir. ABŞ-da namizəd irəli sürmək üçün ciddi institusional baryerlər mövcuddur, üstəlik partiyanın sabit strategiyası və vahid seçici bazası hələ formalaşmayıb. ABŞ-da üçüncü partiyaların seçki uğuru son dərəcə məhduddur, 2024-cü ildə onların heç biri heç bir ştatda əksəriyyət əldə edə bilməyib.

"Reuters" isə qeyd edir ki, ABŞ-da Demokratlar və Respublikaçılar arasında 160 illik siyasi duopoliya hökm sürür. Hazırda bu iki partiya bütün ştat qanunverici orqanlarında və federal səviyyədə yerlərin 98 faizinə sahibdir.

CNN-in məlumatına əsasən, “Amerika” partiyasının yaradılması barədə hələlik yalnız sosial şəbəkə paylaşımlarından başqa heç bir hüquqi sənəd yoxdur. Milyarder Federal Seçki Komissiyasına müraciət etməlidir ki, partiya rəsmi şəkildə tanınsın.

Digər tərəfdən, “Quantus Insights” şirkətinin sorğusuna əsasən, amerikalıların 40 faizə yaxını Maskın partiyasına səs verməyə hazır olduğunu deyib. Ağ Ev isə hələlik bu təşəbbüsə heç bir rəsmi münasibət bildirməyib.

Elnur Əmirov 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 İyul 2025 22:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see381

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see374

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see357

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see344

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see247

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see242

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see241

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see234

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see234

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see227

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see221

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see217

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see215

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see209

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see202

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see186

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see183

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see173

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see163

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri