Mask: NATO üçüncü dünya müharibəsinə səbəb ola bilər
Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bizimyol.info xəbər verir ki, bu fikri Rusiya sərhədi yaxınlığında alyans qoşunlarının yerləşdiyi barədə yazan "X" sosial şəbəkə istifadəçisi bildirib.
“NATO üçüncü dünya müharibəsinin qarşısını almaq üçün yaradılıb, onu təhrik etmək üçün yox”, - istifadəçinin mesajında deyilir və Musk ona "dəqiq" yazaraq cavab verib.
Rusiya lideri Vladimir Putin ABŞ və NATO müttəfiqlərinin daha əvvəl uzaqmənzilli dəqiq silahlardan istifadəyə icazə verdiklərini açıqladıqlarına, bundan sonra Amerika və Britaniya raketlərinin Kursk və Bryansk bölgələrində Rusiya hərbi hədəflərinə hücum etdiyinə diqqət çəkib. Putinin sözlərinə görə, bu hücumlara cavab olaraq Rusiya ilk dəfə olaraq Ukraynanın müdafiə sənayesi obyektinə - Dneprdəki (keçmiş Dnepropetrovsk) "Yujmaş" zavoduna qarşı özünün ən son nüvə olmayan "Oreşnik" orta mənzilli ballistik raketlərindən istifadə edib.
Rusiya prezidenti xəbərdarlıq edib ki, təxribatçı siyasət münaqişənin daha da gərginləşəcəyi təqdirdə Qərb üçün ağır nəticələrə gətirib çıxara bilər.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 29 Noyabr 2024 10:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















