Mask Polşanın XİN başçısını Sorosun əlaltısı adlandırıb
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Amerikalı sahibkar İlon Mask "X" sosial şəbəkəsində bəyan edib ki, Polşanın xarici işlər naziri Radoslav Sikorski milyarder Corc Sorosun əlaltısıdır.
Oxu.Az xəbər verir ki, İ.Mask bu bəyanatı polşalı siyasətçi ilə Ukraynada "Starlink" sisteminin söndürülməsinə dair məlumatlarla bağlı mübahisə fonunda verib.
Sosial şəbəkə istifadəçilərindən biri təxmin edib ki, R.Sikorski və C.Soros dostdurlar. "Bəli, o, Sorosun əlaltısıdır" , - deyə İ.Mask cavab verib.
Xatırladaq ki, İ.Mask "X" sosial şəbəkəsində R.Sikorski ilə mübahisə edib. İş adamı polşalı diplomatı kiçik adam adlandırıb və ondan susmasını tələb edib.
R.Sikorski qeyd edib ki, "Starlink" peyk rabitə sistemi Polşanın Rəqəmsallaşma Nazirliyi tərəfindən 50 milyon dollara maliyyələşdirilir. Onun sözlərinə görə, "SpaceX" etibarsız təchizatçı olduğunu sübut etsə, Varşava başqalarını axtaracaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 11 Mart 2025 00:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















