Mask Respublikaçılara zərər verməmək üçün partiya yaratmağı dayandırıb
Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.
Bizimyol.info xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, Maskın bu qərarında əsas amillərdən biri, onun keçmiş vitse-prezident Ceyms Devid Venslə münasibətləri yaxşı saxlamaq istəyidir. Vensin MAGA (Make America great again - Amerikanı yenidən mıhtəşəm etmək) hərəkatının potensial davamçısı olacağı düşünülür. Mask, üçüncü partiyanın yaradılmasının Venslə olan münasibətlərinə zərər verəcəyini qəbul edir.
Mənbələr qeyd edir ki, Mask, Vens prezidentliyə 2028-ci ildə namizədliyini irəli sürsə, ona maliyyə dəstəyi vermək imkanlarını nəzərdən keçirir. Eyni zamanda vurğulanır ki, Mask 2024-cü ilin seçkilərində Donald Tramp və digər Respublikaçılara təxminən 300 milyon dollar vəsait xərcləyib.
Bununla belə, Maskın yaxın dostları bildirir ki, o, hələ yeni partiya qurmaqdan rəsmi olaraq imtina etməyib və ara seçkilərə yaxın zamanla fikrini dəyişə bilər.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 20 Avqust 2025 08:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















