Icma.az
close
up
RU
Mask “Starlink”ə görə Ukraynanı İTTİHAM etdi Kiyevdən TƏKZİB

Mask “Starlink”ə görə Ukraynanı İTTİHAM etdi Kiyevdən TƏKZİB

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

“SpaceX” şirkətinin rəhbəri İlon Mask Ukrayna ordusunu “Starlink” peyk rabitəsi sistemindən istifadə şərtlərini pozmaqda ittiham edib. Sahibkarın sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri (USQ) sistemdən “insanları öldürmək məqsədilə dronlarla hücum zərbələri endirmək üçün” istifadə edib. Kiyev isə artıq bunun doğru olmadığını bəyan edib. Ukrayna müdafiə nazirinin keçmiş müşaviri Sergey Sternenko Maskın dediklərinin texniki baxımdan mümkün olmadığını bildirib.
Bizim.Media xəbər verir ki, İlon Mask “X” sosial şəbəkəsində Ukrayna hərbçilərinin “Starlink” xidmətlərindən istifadə şərtlərini pozduğunu və sistemdən insanları öldürmək məqsədilə dronlarla hücum zərbələri endirmək üçün istifadə etdiyini yazıb.
 

O, qeyd edib ki, “Starlink”dən bu cür istifadə heç vaxt icazəli olmayıb və buna icazə verilməməlidir. Sahibkar sonsuz qırğınları müdafiə edən və münaqişənin real həllini təklif etməyən şəxslərə qarşı tam nifrət hissi keçirdiyini bildirib və onlara “cəhənnəmdə yanmağı” arzulayıb.


Bununla yanaşı, Mask “Starlink”in Ukraynanın müdafiəsi üçün həlledici rol oynadığını xatırladıb.
Onun sözlərinə görə, bu, radioelektron müdaxilə ilə sıradan çıxarılması və ya partladılması mümkün olmayan yeganə sistemdir.
“Starlink” söndürülsə, Ukrayna cəbhəsi dərhal çökəcək. Bu, təhdid deyil, sadəcə faktın ifadəsidir”, — deyə “SpaceX” rəhbəri bildirib.
Mask əlavə edib ki, “Starlink”in hərbi versiyası olan “Starshield” ABŞ hökumətinin nəzarətindədir və onun istifadəsi ilə bağlı qərarları məhz ABŞ hökuməti verir.
Kiyev nə cavab verib?
Ukrayna müdafiə nazirinin keçmiş müşaviri Sergey Sternenko İlon Maskın ittihamlarını təkzib edib. Onun sözlərinə görə, peyk rabitəsi tələb edən pilotsuz uçuş aparatlarından istifadə edilən bütün Ukrayna əməliyyatları yalnız “Starshield” sistemi vasitəsilə həyata keçirilə bilərdi.
 

“Bu ilin fevralında ‘ağ siyahılar’ sistemi tətbiq edilib. Sabit terminalları həm hərbi, həm də mülki istifadəçilər qeydiyyatdan keçirə bilərdi. Lakin peyk terminalının hərəkət zamanı işləməsi üçün onu xüsusi siyahıya daxil etmək və hərbi ‘Starshield’ sisteminə qoşmaq lazım idi. Əks halda, Ukrayna ərazisindəki istənilən peyk rabitəsi terminalı sadəcə işləməzdi. Buna görə də dronlarla tapşırıqları yerinə yetirmək üçün mülki ‘Starlink’dən istifadə texniki baxımdan mümkün deyildi”, — deyə Sternenko vurğulayıb.


Ukrayna liderinin müşaviri Sergey Beskrestnov da bildirib ki, 2026-cı ilin qışından etibarən Ukraynadakı bütün “Starlink” terminallarının hərəkət sürəti saatda 70–90 kilometrlə məhdudlaşdırılıb, sistem isə Rusiya ərazisi üzərində işləmir.
“Beləliklə, biz dərinlikdə və orta məsafədə zərbələr endirmək üçün ‘Starlink’indən fiziki olaraq istifadə edə bilmərik”, — deyə Beskrestnov bildirib.
Ziddiyyətli açıqlamalar
İlon Maskın bəyanatını təhlil edən “Strana.ua” nəşri qeyd edib ki, bu açıqlama USQ üçün “Starlink”in sürətinin azaldılması məsələsini daha da qarışdırıb.
 

“SpaceX” rəhbəri şirkətin “Starlink” vasitəsilə hədəfə tuşlanan dronlarla insanlara zərbə endirmək imkanını blokladığını bildirib, lakin söhbətin konkret hansı hücumlardan getdiyini açıqlamayıb.


Nəşrin ehtimalına görə, söhbət Rusiyanın yeni bölgələrinə edilən hücumlardan gedə bilər. Həmin ərazilərdə “orta məsafəli zərbələr” zamanı tez-tez mülki şəxslər də hədəfə çevrilib.
“Strana.ua” rusiyalı hərbi müxbirlərə istinadən yazır ki, “Starlink”in sürətinin azaldılması barədə ilk məlumatların yayıldığı ötən həftədən etibarən bu cür zərbələrin sayı kəskin azalıb.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://bizim.media
archiveBu xəbər 25 Oktyabr 2026 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see349

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see271

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see225

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see220

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see215

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see214

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see210

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see210

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see199

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see198

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see197

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see189

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see184

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see181

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see179

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see171

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri