Mask Tramp administrasiyasında çalışdığı dövrdə həddini aşdığını etiraf edib
Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
Amerikalı milyarder İlon Mask ABŞ Prezidenti Donald Trampın administrasiyasında çalışdığı dövrdə siyasi proseslərə həddindən artıq cəlb olunduğunu etiraf edib.
Moderator.az xəbər verir ki, Mask bu barədə amerikalı yazıçı və jurnalist Uolter Ayzeksonun podkastında danışıb.
Milyarder Ağ Evdə çalışdığı müddətdə mühüm qərarların qəbulunda iştirak etdiyini və bəzən proseslərə təsir göstərmək imkanı qazandığını bildirib.
“Bu, maraqlı təcrübə idi. Mühüm qərarların qəbul edildiyi anlarda Ağ Evin Oval kabinetində olurdum, bəzən baş verənlərə təsir edə bilirdim. Amma düşünürəm ki, daha çox kölgədə qalmalı və orada cəmi bir-iki ay işləməli idim. Çünki həmin müddətdə əksər məsələləri anlamaq mümkündür”, – deyə Mask bildirib.
Jurnalistin hakimiyyətə yaxınlığının onu həddindən artıq aludə edib-etmədiyi barədə sualına milyarder belə cavab verib:
“Bəli, düşünürəm ki, bu, doğrudur. Əslində, bir qədər həddimi aşmışdım”.
Qeyd edək ki, İlon Mask 2025-ci ildə bir neçə ay ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) fəaliyyətinə rəhbərlik edib və Trampın ən yaxın ətrafında yer alıb.
Lakin sonradan tərəflər arasında münasibətlər gərginləşib. 2025-ci il iyunun 5-də Tramp və Mask sosial şəbəkələr üzərindən açıq mübahisəyə giriblər.
Daha sonra Mask ABŞ prezidentinə ünvanladığı sərt açıqlamalardan peşman olduğunu bildirib. Tramp isə aralarındakı əvvəlki fikir ayrılıqlarına baxmayaraq, Maskla münasibətlərinin yaxşı olduğunu bəyan edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 21 Oktyabr 2026 08:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















