Icma.az
close
up
RU
Mask Trampın mesajını Tehrana çatdırıb: “Dörd il ərzində…”

Mask Trampın mesajını Tehrana çatdırıb: “Dörd il ərzində…”

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Amerikalı milyarder İlon Mask İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani ilə görüşüb.

Bu barədə “The New York Times” “adı açıqlanmayan iki İran rəsmisinə istinadən məlumat yayıb.

Nəşr vurğulayır ki, söhbətin mövzusu İran və ABŞ arasında gərginliyin azaldılmasıdır.

Qəzetin yazdığına görə, məxfi yerdə baş tutub və bir saatdan çox davam edən görüş ilkin olaraq müsbət qiymətləndirilib.

Mask ilə görüşdə Tehran və Vaşinqton arasında birbaşa danışıqlar aparılmadan “çözüm” variantı müəyyən edilib. İrəvani amerikalı milyarderə biznesinin bir hissəsini İrana köçürməyi təklif edib.

Xatırladaq ki, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp sahibkarlar İlon Mask və Vivek Ramasvaminin ABŞ Hökumətinin Effektivliyi Departamentinə rəhbərlik edəcəklərini açıqlayıb.

Maraqlıdır, İlon Mask Donald Trampın tapşırığı ilə İran rəsmisi ilə görüşüb? Tramp İran rəsmisinə Mask vasitəsilə İranla bağlı hansı mesajı çatdırmış olar?

Məsələ ilə bağlı politoloq Natiq Miri “Cebheinfo.az”-a şərhində qeyd edib ki, Tramp Mask vasitəsilə Tehranın mövqeyini öyrənməyə çalışa bilər:

“Burada ilk öncə İlon Maskın şəxsiyyətinə və fəaliyyətinə diqqət yetirmək lazımdır. Mask yeniliyə, müasirliyə açıq olan, eyni zamanda elmi və texnoloji inkişafa üstünlük verən bir şəxsiyyətdir. Bu o deməkdir ki, Maskın siyasi və iqtisadi proseslərə cəlb olunması ilə növbəti dörd il ərzində Tramp administrasiyasının xarici siyasətində yeniliklər müşahidə oluna bilər. 

Çünki ABŞ-nin əski siyasi baxışları təkcə ABŞ üçün yox, həmçinin qlobal səviyyədə yeniliklər gətirmir. Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki münaqişələr buna sübutdur. 

Bununla yanaşı, Donald Trampın son prezident seçkilərində qələbə çalması ehtimal olunan hadisə deyildi. İlon Mask Trampın seçki kampaniyasına cəlb olunmaqla Amerika ictimai rəyində Trampa dəstəyi daha gücləndirdi. Trampın özü də seçki kampaniyası zamanı İlon Maskın onun administrasiyasında xüsusi vəzifəyə təyin olunacağını bəyan etmişdi.

Ona görə də İlon Maskın İran rəsmiləri ilə görüşü ABŞ-nin xarici siyasətində yeniliyin təcəssümüdür. Bu, müəyyən müsbət nəticələr vəd verə bilər. Əski siyasi baxışdan fərqli olaraq, Mask yeni siyasi baxışlara üstünlük verəcək və Trampa bu prizmadan məsləhətlər verəcək. 

Trampın Mask vasitəsilə İrana hansısa mesaj ötürməsindən daha çox İran rəsmisinin dilindən Tehranın mövqeyini öyrənmək və gələcəkdə yeni təkliflər irəli sürməkdir. Növbəti dörd il ərzində Tramp administrasiyası uğurlu xarici siyasət yürütmək üçün İlon Maska və onun kimi yeniliyə üstünlük verən şəxslərə ehtiyacı var. Bu, müsbət bir tendesiyadır. 

Başqa bir tərəfdən İran rəsmisinin İlon Maskla görüşü İran İslam Respublikasının yeni prezidenti Məsud Pezeşkianın qətiyyətli siyasətinin tərkib hissəsidir. Bildiyimiz kimi, İranın ali rəhbəri Seyyid Əli Xamaneyi ABŞ rəsmiləri ilə bütün görüşləri qadağan edib. Pezeşkianın özü də bunu yaxşı bilir. Amma buna baxmayaraq, Pezeşkian qəti siaysi iradə ortalığa qoyur və çox yaxşı anlayır ki, problemlər yalnız danışıqlar yolu ilə çözülə bilər”.

Yunis Abdullayev 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:194
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 Noyabr 2024 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see319

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see304

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see291

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see290

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see262

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see241

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see238

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see235

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see222

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see215

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see215

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see214

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see212

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see203

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see201

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see192

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see189

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri