Icma.az
close
up
RU
Mask Trampın yerinə göz dikib?

Mask Trampın yerinə göz dikib?

Icma.az bildirir, Sfera.az portalına istinadən.

ABŞ-nin tanınmış sahibkarı İlon Mask ABŞ Prezidenti Donald Trampın dəstəklədiyi və Respublikaçılar Partiyasının təqdim etdiyi yeni xərclər haqqında qanun layihəsini kəskin tənqid edib.

Mask bu qanun layihəsini “iyrənc bir eybəcərlik” adlandıraraq, onun ABŞ-nin maliyyə sabitliyinə ciddi zərər verəcəyini bildirib.

İlon Maskın tənqidi Trampla arasında münasibətlərə necə təsir edəcək?

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Kazım Kazımov bildirib ki, ABŞ Prezidenti Donald Tramp hakimiyyətə gəldiyi dövrdə İlon Mask tərəfindən açıq şəkildə dəstəklənirdi. 

Onun sözlərinə görə, onların hər ikisinin mühafizəkar baxışları və klassik liberal yanaşmaları bir-birinə uyğun gəlib:

“Həm iqtisadi baxımdan, həm də Amerikanın beynəlxalq aləmdəki mövqeyi ilə bağlı ortaq maraqları var idi. Eyni zamanda bir çox sosial məsələlərdə birlikdə fikir mübadiləsi aparırdılar. Lakin bu iki tanınmış şəxsiyyətin ittifaqı uzunömürlü olmadı. İlon Mask bir neçə gün əvvəl bu yolda daha irəliləyə bilməyəcəyini açıqladı və ABŞ Konqresində elan edilən yeni büdcə layihəsinə sosial şəbəkələrdə açıq şəkildə etiraz etməyə başladı”.

Politoloq Maskın narazılığının əsasən büdcə kəsiri ilə bağlı olduğunu vurğulayıb: 

Onun fikrincə, artıq ABŞ-nin kifayət qədər borcu var və bu büdcə ilə əlavə 2.5 trilyon dollar həcmində kəsir yarana bilər.

"Bu isə ABŞ xalqını daha da ağır borc yükü altına sala bilər. Digər tərəfdən, büdcə layihəsində sosial proqramlarla xüsusilə tibbi xidmətlər və əhali üçün ərzaq təminatı ilə bağlı sahələrdə ixtisarların aparılması planlaşdırılır. Bu məqam isə demokratların ciddi narazılığına səbəb olub.


Bununla belə, İlon Maskın əsas etirazı sosial güzəştlərin azaldılmasından çox, dövlətin borclanma siyasətinə yönəlib. Trampın təşəbbüsü ilə onun komandasının tərkibində də dəyişikliklər baş verib və bəzi respublikaçılar Konqresdə bu büdcə layihəsinə qarşı çıxıblar”.

Fidan Hacızadə
Sfera.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://sfera.az
archiveBu xəbər 04 İyun 2025 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see398

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see388

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see341

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see324

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see309

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see250

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see248

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see248

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see244

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see224

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see217

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see215

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see211

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see206

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see205

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see205

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see202

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see201

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see193

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri