Icma.az
close
up
RU
Mask Trampla birlikdə xalqdan mandat aldığını bildirib

Mask Trampla birlikdə xalqdan mandat aldığını bildirib

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İlon Mask iddia edir ki, seçilmiş prezident Donald Trampla birlikdə ABŞ xalqından mandat alıb.

Bizimyol.info xəbər verir ki, bu barədə o, Trampın Mar-a-Laqo (Florida) malikanəsində keçirilən "Amerika Birinci Siyasət İnstitutu" təşkilatının qala gecəsində çıxış edərkən deyib.

“Xalq bizə mandat verib və bu, göz qabağındadır. Camaat danışıb. İnsanlar dəyişiklik istəyir",- deyə bildirib. Mask həmçinin zarafat edib ki, nüfuzlu maliyyəçi Corc Sorosdan fərqli olaraq o, demokratları deyil, respublikaçıları dəstəkləyir. "Düşünürəm ki, kimsə sağ tərəfin Corc Sorosu olmalıdır", - deyib.

Daha əvvəl NBC telekanalı mənbələrə istinadla bildirmişdi ki, Trampın ətrafındakılar artıq Maskın təsirindən və onun siyasətçinin yanında daimi mövcudluğundan yorulmağa başlayıblar. NBC-dəki mənbənin sözlərinə görə, Mask ABŞ-ın həm-prezidenti kimi davranaraq, Trampın ikinci müddətinə öz baxışını fəal şəkildə təbliğ edir.

Tramp Musk və iş adamı Vivek Ramasvamynin hökumətin səmərəliliyinin artırılmasına və bürokratiya ilə mübarizəyə diqqət yetirəcək yeni nazirliyə rəhbərlik edəcəklərini açıqlayıb. O, yeni qurumun geniş miqyaslı struktur islahatları aparmaq üçün Ağ Ev və onun İdarəetmə, Büdcə Ofisi ilə işləyəcəyinə aydınlıq gətirib.

Seçilmiş prezidentin planlarına görə, 2026-cı il iyulun 4-nə, Müstəqillik Bəyannaməsinin 250-ci ildönümünə qədər ölkə agentlikdən daha kiçik, daha səmərəli hökumət formasında “böyük hədiyyə” alacaq.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 15 Noyabr 2024 07:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see312

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see301

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see288

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see277

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see276

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see256

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see247

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see239

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see230

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see229

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see226

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see223

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see217

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see216

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see208

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see191

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see182

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see176

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri