Mask Yer kürəsini öz övladlarından ibarət ağıllı legion la doldurmaq istəyir
Icma.az bildirir, Oxu.az portalına istinadən.
Məşhur sahibkar və "Tesla", "SpaceX"in və ABŞ Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask övladlarını "legion" adlandırır.
Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Mask Roma Respublikası və Roma İmperiyası dövründəki qoşunları nəzərdə tutaraq, bu termini istifadə edir.
Məlumata görə, İlon Mask övladlarının sayında "legion" səviyyəsinə çatmağı hədəfləyir. Onun əsas məqsədi Yer kürəsində yüksək intellektə malik insanların sayını artırmaqdır. Mask hesab edir ki, bu, planetin əhalisinin azalması nəticəsində yarana biləcək sivilizasiyaya mövcud təhlükələrə qarşı çıxmaq üçün lazımdır.
Bildirilir ki, Maskın hazırda dörd qadından ən azı 14 uşağı var. Bununla belə, qəzetin bir neçə mənbəyi iddia edir ki, əslində sahibkarın daha çox övladı var. Milyarderin uşaqlarının dəqiq sayı məlum deyil.
Maraqlıdır ki, sahibkar gələcək övladları üçün potensial anaları "X" şirkətinin işçiləri arasında tapır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 17 Aprel 2025 03:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















