Maskdan “İkinci Ukrayna” ilə bağlı qərar
Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.
ABŞ-ın Hökumətin Effektivliyinin Artırılması İdarəsinin rəhbəri İlon Mask Moldovaya KİV-lərin inkişafı üçün nəzərdə tutulan 32 milyon dolların göndərilməsini qadağan edib.
Globalinfo.az xəbər verir ki, nəticədə ölkə ərazisində bir çox KİV-lərin maliyyələşdirilməsi dayandırılıb.
Maskın qadağa qoyduğu maliyyə xüsusilə Moldovada dayanıqlı media institutlarının yaradılması, KİV-in imkanlarının genişləndirilməsi, inklüzivlik üçün xərclənməli olduğu bildirilib.
Qeyd edək ki, Moldova hazırda Ukraynadan sonra Rusiya ilə Qərb arasında geosiyasi mübarizənin getdiyi əsas bölgədir. Belə ki, keçən il keçirilən seçkilərdə Moldovada qərbyönlülər üstünlük qazanaraq hakimiyyəti ələ keçiriblər. Bununla belə, ölkənin saxlanmasında xüsusi rolu emiqrantların tranzaksiyaları, eləcə də Qərb QHT-lərinin yardımları oynayıb. Lakin Moskva da son dövrlərdə Moldovadakı rusiyayönlü qruplara yardımlarını kəskin artırıb.
Əliyar Xəlil
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 26 Fevral 2025 15:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















