Maskın 13 cü övladının anası milyarderlə münasibətinin təfərrüatlarını açıqladı!
Olay.az-dan alınan məlumata görə, Icma.az bildirir Maskın 13 cü övladının anası milyarderlə münasibətinin təfərrüatlarını açıqladı!.
Maskın 13-cü övladının anası milyarderlə münasibətinin təfərrüatlarını açıqladı!
Xəbər verdiyimiz kimi, dünyaca məşhur milyarder iş adamı İlon Maskın 13-cü övlad dünyaya gəlib.
OLAY yazır ki, körpənin atası hələki səssizliyini qorusa da lakin anası yazıçı Eşli Sent Kler bununla bağlı “The New York Post” nəşrinə müsahibə verib.
Kler bildirib ki, Mask ondan uşağını bir müddət deyil, əbədi olaraq sirr saxlamağı tələb edib.
Onun sözlərinə görə, milyarderə hamiləliyi barədə danışdıqdan sonra o, sözün əsl mənasında onu Nyu-Yorkun prestijli bölgəsindəki dəbdəbəli mənzildə kilidləyib:
“Mən tamamilə təcrid olunmuşdum. Özüm və karyeram üçün əvvəllər etdiyim işlərin heç birini artıq edə bilməzdim. Mənə dedilər ki, bu barədə heç kimə danışmayım. Uşağınız haqqında soruşduqda bir ana olaraq hiss etdiyiniz o ilk ağrıları izah edə bilmərəm və siz yalan danışıb bu ağırlığı və o sirri çiyninizdə daşımalısınız. Sevdiyin insanlara yalan danışmalısan”.
Eşli həmçinin etiraf edib ki, o, Maskın komandasına onun atalığını açıqlamağı planlaşdırdığını əvvəlcədən deyib.
Qeyd edək ki, İlon Maskın Castin Uilsonla ilk evliliyindən altı, ən kiçiyi bir yaşında olan Siobhan Zilisdən üç, Maskın 2021-ci ildə ayrıldığı müğənni Qraymsdan üç övladı var.


