Icma.az
close
up
RU
Maskın ixtisar etdiklərini Moskva ilə Pekin TOPLAYIR

Maskın ixtisar etdiklərini Moskva ilə Pekin TOPLAYIR

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ Prezidenti İlon Maska tapşırıb ki, dövlət idarələrində işçilərin sayını azaltsın və bununla büdcə əlavə yükdən qurtulsun. Mask da işə elə girişib ki, bu gedişlə az qala dövlət idarələrinin işçiləri yarıbayarı azalacaq. Tramp və Mask hesab edirlər ki, dövlət idarələrinin bir çoxunda işçilərin sadəcə adı var, pullar kimlərinsə cibinə gedir. Mask bunu müəyyənləşdirmək üçün rəhbərlik etdiyi Dövlət İdarəetməsinin Səmərəliliyi Departamenti vasitəsilə dövlət idarələrinin hər bir işçisinə məktub göndərib. Məktubda işçi bir neçə sadə suala cavab verməlidir.

Bunu Modern.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib.

Politoloq qeyd eidb ki, bu yanaşma dövlət idarələrində gərginlik yaradıb:

" Birincisi, Pentaqon və Mərkəzi Kəşfiyyat İdarəsi kimi dövlət idarələrinin bir qrup işçisi məxfilik şəraitində çalışır. İlon Maskın tələbinə görə, onlar da suallara cavab verməlidir. Pentaqon və Mərkəzi Kəşfiyyat İdarəsinin rəsmiləri isə rəqib dövlətlər olan Rusiya və Çinin bu yolla məxfi işçilər barədə sirlərə yiyələnə biləcəyindən ehtiyat edirlər. Çünki, Rusiya və ya Çin kiberhücumlar vasitəsilə Maskın rəhbər olduğu idarədən məlumatları oğurlaya bilərlər. İkincisi, Maskın təşəbbüsləri Prezident Donald Trampın təyin etdiyi nazirlərin də narazılığına səbəb olub. Onların bir qismi işçilərinə tapşırıb ki, Maska heç bir məlumat verməsinlər. Bu vəziyyət dövlət idarələrinin işçiləri arasında ikitirəlik yaradıb. Müdir deyir, Maskın suallaraına cavab vermə, Prezidentin təyin etdiyi şəxs isə deyir ki, “suallar cavabsız qalarsa həmin işçi ixtisar ediləcək”. Bəzi işçilər Maskdan daha çox ehtiyat etdiklərinə görə, suallara cavab verməyə üstünlük veriblər. Çünki, Trampı Maskın hər təşəbbüsünü dəstəkləyir.

İşçilərin ixtisarıyla bağlı ABŞ başqa bir problem də üzləşib. Amerikanın CNN televiziya kanalı kəşfiyyat məlumatlarına dayanaraq işdən çıxarılanlara Rusiya və Çinin diqqəti artdığını bildirib. Rusiya və Çin ixtisara düşən işçilərin bir qismini ələ almağa çalışır. İşdən çıxarılanların bir qismi ABŞ-ın kəşfiyyat məlumatlarına çıxış imkanları olub. Rusiya və Çin həmin məlumatları əldə etmək üçün ixtisara düşən keçmiş hökuməti işçisini yüksək maaşla ölkələrinə dəvət edirlər. Bu hallar keçmiş illərdə də olub. Misal üçün ABŞ-ın texnoloji şirkətlərində çalışanların bir qismi Çində yüksək maaşla çalışırlar. Çin Amerikada işdən çıxarılanları müəyyənləşdirmək üçün sosial platformaların gücündən istifadə edir. Aydındır ki, ixtisara düşən işçi özünü və ailəsini dolandırmaq məqsədilə sosial platformalardan iş elan verəcək. Çin və Rusiya da bu elan üzərindən həmin işçi ilə əlaqə saxlayacaq. Beləliklə, Donald Tramp və İlon Mask dövlət aparatının yükünü azaltmaq istəyərkən, ABŞ üçün daha böyük problem yaradıblar". 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:275
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Mart 2025 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see363

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see346

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see307

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see275

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see254

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see221

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see211

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see208

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see201

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see200

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see192

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see187

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see185

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see176

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see174

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see174

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see173

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see170

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see168

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri