Icma.az
close
up
RU
Maskın kosmik gəmisinin səkkizinci sınaq buraxılışı da partlayışla başa çatdı

Maskın kosmik gəmisinin səkkizinci sınaq buraxılışı da partlayışla başa çatdı

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

SpaceX şirkətinin Starship kosmik gəmisi səkkizinci sınaq uçuşu zamanı idarəetmədən çıxıb. Uçuşun səkkizinci dəqiqəsində bir neçə Raptor mühərriki sıradan çıxıb, gəmi spiral formasında fırlanmağa başlayıb və Atlantik okeanı üzərində partlayıb.  

Qaynarinfo xəbər verir ki, komanda Starship-i superağır daşıyıcı raketin köməyi ilə buraxıb və ilk səkkiz dəqiqə ərzində hər şey problemsiz gedib.

Gəmi uğurla ayrılıb və kosmosa istiqamətlənib, daşıyıcı raket isə Texasdakı start meydançasına geri dönüb və start qülləsi tərəfindən üçüncü dəfə uğurla tutulub.  

Uçuş zamanı Starship-in orbitə dörd ədəd Starlink peyk maketi yerləşdirməsi planlaşdırılırdı. Lakin səkkizinci dəqiqənin doqquzuncu saniyəsində SpaceX-in canlı yayımı dörd Raptor mühərrikinin sıradan çıxdığını göstərib və bundan sonra gəmi nəzarətdən çıxaraq fırlanmağa başlayıb.  

ABŞ-ın Federal Mülki Aviasiya Administrasiyası (FAA) "kosmik buraxılış qalıqları” ilə bağlı narahatlığa görə Floridadakı əsas hava limanlarında uçuşları müvəqqəti dayandırıb.  

Gəminin qalıqları Baham adaları və Dominikan Respublikası üzərində müşahidə edilib. SpaceX bildirib ki, təhlükəsizliyə cavabdeh rəsmi şəxslərlə əvvəlcədən planlaşdırılmış fövqəladə tədbirlərin həyata keçirilməsi üçün dərhal koordinasiyaya başlayıb.  

Bu, ardıcıl ikinci uğursuz sınaq buraxılışıdır. Araşdırmalardan sonra SpaceX müəyyən edib ki, Starship-in daxilində yanacaq sızması baş verib, bu da yanğına və gəmi ilə rabitənin itməsinə səbəb olub, nəticədə gəmi partlayıb.  

Səkkizinci sınaqdan əvvəl SpaceX yanacaq xətlərini təkmilləşdirdiyini, yanacağın temperaturunu dəyişdiyini, əlavə havalandırma dəlikləri və "yeni təmizləmə sistemi” quraşdırdığını açıqlamışdı. Bu tədbirlər yanacaq sızması riskini minimuma endirmək üçün nəzərdə tutulmuşdu.

Alpər

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 07 Mart 2025 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see746

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see578

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see328

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see321

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see290

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see288

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see282

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see272

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see270

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see269

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see267

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see255

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see240

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see237

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see230

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see220

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see213

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see211

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri