Icma.az
close
up
RU
Menu

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

"28 Mall"un qarşısında ölüm

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Çin üçtəkərli avtomobil buraxdı

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

Maskın qeyri adi “legionu” X, Y, Tau…

Maskın qeyri adi “legionu” X, Y, Tau…

Icma.az, Yeniavaz saytına istinadən bildirir.


İlon Mask təkcə texnologiya dünyasının ən tanınmış simalarından biri, “SpaceX” və “Tesla”nın qurucusu, süni intellekt və kosmos texnologiyalarındakı inqilabi addımların müəllifi kimi yox, həm də şəxsi həyatı ilə daim medianın diqqətindədir.
Yeniavaz.com
xəbər verir ki, milyarder iş adamının ailə həyatı bəlkə də onun texnoloji uğurları qədər mürəkkəb və dramatikdir. Son 23 ildə dörd fərqli qadından 14 övlad sahibi olan Maskın ata olmaq hekayəsi həm maraqlı, həm də düşündürücüdür.
İlk körpənin itkisi
İlon Maskın valideynlik hekayəsi 2002-ci ildə başlayıb. Onun və ilk həyat yoldaşı Castin Uilsonun oğlu – Nevada Aleksander Mask, cəmi 10 həftəlik olarkən qəfil körpə ölümü sindromu səbəbindən vəfat edib. Castin bu hadisəni daha sonra “Marie Claire” jurnalında belə təsvir edib: ““PayPal”ın satışı İlonun sərvətini 100 milyon dollardan çox artırmışdı. Elə həmin həftə Nevada yuxuya getdi və nəfəs almağı dayandırdı...”
Bu böyük itkidən sonra cütlük tezliklə yenidən valideyn olmağa qərar verib. 2004-cü ildə Qriffin və Xavier adlı əkizlər, 2006-cı ildə isə Kay, Sakson və Damian adlı üçəmlər dünyaya gəlib. Bütün bu doğumlar süni mayalanma (IVF) üsulu ilə baş tutub.
Gender kimliyi və ailə mübahisələri
Xavier Mask, 18 yaşına çatdıqdan sonra cinsiyyətinin qadın olaraq tanınması və adının Vivian Jenna Vilson olaraq dəyişdirilməsi tələbi ilə məhkəməyə müraciət edib. Məhkəmə bu istəyi təsdiqləyib. Vivian səbəb kimi gender kimliyi ilə yanaşı, bioloji atası ilə artıq heç bir əlaqəsinin olmadığını bildirib. Vivian atasından tamamilə uzaqlaşıb, sosial şəbəkələrdə isə İlon Maskı sərt şəkildə tənqid edib. Mask isə bu qərarı gender disforiyası ilə əlaqələndirib. O, övladının təhsil aldığı “kommunist məktəb”i günahlandırıb və Vivianın onu tərk etməsini “oğlunu itirmək” kimi təsvir edib.
Qriffin və üçəmlər: İctimaiyyətdən uzaq həyat
Vivianın əkiz qardaşı Qriffin daha sakit və gizli həyat tərzi sürür. O, atasına yaxınlığı ilə seçilir və 2022-ci ildə İlon Maskla birlikdə Papa Fransisklə görüşdə iştirak edib. Üçəmlər – Kay, Damian və Sakson isə anası Castin Uilsonun istəyi ilə medianın diqqətindən uzaq böyüyüblər. Damian haqqında məlumatlar daha əhatəlidir. Onun 8 yaşında vegetarianlığa keçdiyi və Kaliforniya Texnologiya İnstitutunda oxuduğu bildirilir. Anası onun İlon Maskdan daha ağıllı olduğunu deyib.
Sakson Mask da digər qardaşları kimi atasının qurduğu “Ad Astra” məktəbində təhsil alıb. O, eyni zamanda filmlərdə və musiqidə aktivdir – pianoda çalmağı bacarır və bir neçə filmə çəkilib.
Grimes və qeyri-adi adlar
Milyarderin kanadalı müğənni Grimes (Kler Bauçer) ilə münasibətindən üç övladı dünyaya gəlib: X Æ A-12 (sonradan X Æ A-Xii), Eks Dark Sidereal (Y) və Texno Mexanikus (Tau). Bu uşaqların adları və doğulma üsulları da qeyri-adiliyi ilə seçilir. Bu uşaqlardan ikisi surroqat ana vasitəsilə dünyaya gəlib. Maska tez-tez X ilə müxtəlif tədbirlərdə rast gəlinir – Ağ Evdən tutmuş Papa ilə görüşlərə qədər.
X Æ A-12 adın mənası: X - naməlum dəyişən, Æ - süni intellekt (AI), A-12 - kəşfiyyat təyyarəsi.
Eks Dark Sidereal (qısaca Y) – “Eks” superkompüter ölçü vahidi, “Dark” qaranlıq maddə, “Sidereal” isə elf dilində “ulduz” mənasındadır.
Texno Mexanikus (Tau) – 2022-ci ildə surroqat ana vasitəsilə dünyaya gəlib. İctimaiyyətə yalnız Maskın bioqrafiyası çap olunandan sonra məlum olub.
2023-cü ildə Grimes, Maskın kiçik övladları ilə görüşməyə icazə vermədiyini iddia edərək məhkəməyə müraciət edib.
“Neuralink” və Siobhan Zilis
2021-ci ilin sonlarında “Neuralink” şirkətinin əməkdaşı Siobhan Zilisdən əkizlər – Azure və Strider dünyaya gəlib. Daha sonra isə onların Arkadia adlı qızı və Seldon Lycurgus adlı oğlu olub. Məlumatlara görə, Zilis bu uşaqların atasının Mask olduğunu bildirsə də, romantik münasibətləri olmadığını iddia edib.
Rəsmi olmayan atalıq
Ən son iddialara görə, amerikalı fəal və yazıçı Eşli Sent Kler də Maskdan bir övlad dünyaya gətirib. Körpənin adı Romulusdur və Sent Kler milyarderi DNT testindən keçməyə məcbur etmək üçün məhkəməyə müraciət edib. Maskın bu övladla bağlı rəsmi açıqlaması hələ yoxdur.
“Legion” adlandırılan uşaqlar
İlon Mask övladlarını “legion” adlandırır və bununla bəşəriyyətin gələcəyində yüksək intellektə sahib yeni nəsil yaratmağa çalışdığını deyir. Onun fikrincə, doğum nisbətinin azalması sivilizasiyanın sonunu gətirə bilər. Bu səbəbdən o, tez-tez çıxışlarında çoxuşaqlı ailə modelini təbliğ edir və öz nümunəsi ilə də bu fikri sübut etməyə çalışır.
İlon Maskın ailə həyatı texnoloji yeniliklər qədər qeyri-adidir. Onun atalıq anlayışı, ictimaiyyətlə münasibəti və ailədaxili konfliktləri həm maraqlı müşahidə obyektidir, həm də müasir dövrdə valideynlik və fərdi azadlıqlar mövzusunda geniş müzakirələrə səbəb olur.
Murad Məmmədov
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:364
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 24 Aprel 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see371

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see369

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see330

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see320

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see319

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see303

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see302

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see296

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see263

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see245

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see238

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see234

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see225

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see198

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see197

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see196

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see182

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see181

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see178

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri