Icma.az
close
up
RU
Maskın şirkətləri ABŞ hökumətindən təxminən 38 milyard dollar alıb

Maskın şirkətləri ABŞ hökumətindən təxminən 38 milyard dollar alıb

Ayna saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Mask ABŞ-da vergi ödəyiciləri arasında ən çox vəsait alanlardan biridir

Hazırda ABŞ Hökumətinin Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik edən İlon Maskın “SpaceX” və “Tesla” şirkətləri son 20 ildə ABŞ hökumətindən təxminən 38 milyard dollar alıb. AYNA.aZ xəbər verir ki, bu barədə “The Washington Post”da dərc olunan məqalədə qeyd edilib.

Bildirilib ki, "illər ərzində Mask və şirkətləri hökumət müqavilələri, kreditlər, subsidiyalar və vergi güzəştləri şəklində ən azı 38 milyard dollar əldə ediblər".

Məqalədə deyilir ki, “ödənişlər 20 ildən çox davam edib”.

Nəşr vurğulayıb ki, hazırda “dövlət xərclərini azaltmaqla” məşğul olan Mask ABŞ-da “vergi ödəyiciləri arasında ən çox vəsait alanlardan biridir”.

Məlumatlara görə, kosmik tədqiqatlar sahəsində inkişaflar üzrə ixtisaslaşmış “SpaceX” korporasiyası əsasən Pentaqon və ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsindən (NASA) vəsait alıb. Elektrik avtomobilləri istehsal edən “Tesla” isə sənayenin inkişafına yönəlmiş müxtəlif proqramlardan, eləcə də ABŞ-ın Energetika Nazirliyindən maliyyə alıb.

Nəşrin yazdığına görə, “vəsaitlərin ümumi məbləği çox güman ki, 38 milyard dollardan çoxdur”. Bu, xüsusilə, Amerika agentliklərinin maraqlarına uyğun olaraq “SpaceX” tərəfindən kəşfiyyat peyklərinin yaradılmasına aiddir.

Maskın şirkətlərinə verilən bəzi qrantlar, kompensasiyalar və vergi güzəştləri də nəzərə alınmır.

Nəşr vurğulayır ki, “SpaceX” və “Tesla” da 52 müqavilənin şərtlərinə əsasən yaxın bir neçə ildə bir sıra Amerika agentliklərindən, o cümlədən Pentaqon və NASA-dan daha 11,8 milyard dollar ala bilər.

ABŞ Prezidenti Donald Tramp ABŞ hökumətinin səmərəliliyini artırmaq, şişmiş hökumət aparatını azaltmaq və bürokratiya ilə mübarizə aparmaq üçün Maskı DOGE-nin rəhbəri təyin edib. Amerika lideri qeyd edib ki, departament Ağ Evlə əməkdaşlıq edərək “kənardan tövsiyələr və məsləhətlər verəcək”.

“NBC News”un məlumatına görə, yeni struktur federal hökumət daxilində tam hüquqlu departamentə çevrilməyəcək. Mask ABŞ hökumətinin xərclərini 2 trilyon dollar azaldacağını gözlədiyini bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://ayna.az
archiveBu xəbər 27 Fevral 2025 08:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see214

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see173

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see170

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see158

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see152

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see147

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see139

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see138

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see135

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see132

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see128

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri