Icma.az
close
up
RU
Maskın təyinatı Amerika kimi dövlətin sabitliyinə ciddi risk yaradacaq

Maskın təyinatı Amerika kimi dövlətin sabitliyinə ciddi risk yaradacaq

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İş adamı, milyarder İlon Maskın Ağ Evə təyinatı Amerika Birləşmiş Ştatları (ABŞ) kimi dövlətin sabitliyinə ciddi risk yaradacaq.

Redaktor.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

"Ona görə ki, sahibkarliq və dövlət idarəçiliyi fərqli bacariqlar tələb edir. Kimsə yaxşı biznes idarəedicisi olubsa və bir şirkəti uğura apara bilibsə, bu onun makro uğur qazana biləcəyi demək deyil. Dünyanın əksər ölkələrində bu fakt öz təsdiqini tapır. Hansısa bir biznesdə uğurlu idarəçi olan birini gətirib yüksək dövlət məmuru təyin edəndən sonra özünü doğrultmur. Əksinə aləmi bir-birinə qataraq, problemləri artırır.

Çünki, dövlət maliyyəsi və büdcə idarəçiliyi özəl sektor idarəçiliyindən köklü şəkildə fərqlənir. Sahibkarlar bazar şərtlərinə uyğun çevik qərarlar verir, lakin dövlət idarəçiliyi mürəkkəb bürokratik proeslərə əsaslanır və sosial məsuliyyət daşıyır", - deyə o bildirib.

E.Əmirov hesab edir ki, Maskın riskə meylli və qeyri-ənənəvi idarəçilik üslubu Amerika kimi dövlətin sabitliyini poza bilər:

Digər bir tərəfdən onun fiskal siyasət və makroiqtisadiyyat sahəsində təcrübəsi yoxdur. Dövlət büdcəsini idarə etmək yüksək səviyədə makroiqtisadi bilik, fiskal siyasət və monetar mexanizmləri anlamağı tələb edir. Fiskal siyasət təkcə xərcləri azaltmaqdan ibarət deyil; iqtisadiyyatda balansı qorumaq üçün düzgün vergi siyasəti, sosial proqramların idarə edilməsi və borc dinamikasının nəzərə alınması tələb olunur.

Həmçinin Mask biznes qərarlarında çox vaxt aqressiv strategiya tətbiq edir. Dövlət idarəçiliində isə qısa müddətli qənaət tədbirləri uzunmüddətli iqtisadi və sosial problemlərə səbəb ola bilər".

İqtisadçı qeyd edib ki, Mask açıq fikirli və sərt ifadələri ilə tanınır.

"Amma dövlət rəhbrliyində siyasi balans, ictimai rəy və sosial məsuliyyət önəmlidir. Buna görə də İlon Maskın rəhbərlik tərzi və prioritetləri dövət büdcəsi və fiskal siyasəti idarə etmək üçün uyğun deyil. Maskın riskə meylli və eksperimental yanaşmaları burada ciddi problemlərə yol aça və uzun sabitliyi poza bilər. Bunu zamanla görəcəyik", - deyə E.Əmirov bildirib.

Turan İSMAYIL

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 04 Fevral 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri