Maskın transgender övladı atasını ittiham etdi: Cinsiyyətimi satın alıb
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Tesla" və "SpaceX"in sahibi, milyarder İlon Maskın transgender övladı Vivian Cenna Uilson atasını kəskin tənqid edib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə o, "Threads" sosial şəbəkəsində paylaşım edib.
Vivian atasını süni mayalanma yolu ilə cinsin əvvəlcədən müəyyənləşdirilməsində günahlandırıb və bunu "pul əməliyyatı" adlandırıb:
"Doğuşdan cinsiyyətim pulla alınan bir əmtəə idi. Buna görə də uşaqlıqda qadın kimi hiss edəndə və sonra transgender olanda satılan bir məhsula çevrilməyə qarşı çıxdım. Bütün həyatım boyu üsyan etməli olduğum kişilik gözləntisi pul əməliyyatı idi... Lənətə gəlsin, bu necə qanuni ola bilər?"
Qeyd edək ki, əvvəllər Ksavye kimi tanınan Vivian Cenna Uilson 2004-cü ildə İlon Maskın Castin Uilsonla ilk evliliyindən doğulub. Valideynlərinin boşanmasından və Maskın aktrisa Talula Rayli ilə yeni münasibətindən sonra Ksavye atası ilə əlaqəni kəsib. 2022-ci ildə Ksavyenin transgender keçidini tamamladığı, rəsmi olaraq adını və cinsiyyətini dəyişdiyi məlum olub. O, həmçinin bioloji atası ilə heç bir əlaqəsinin olmasını istəmədiyini bildirib.
2023-cü ilin aprelində milyarder yetkinlik yaşına çatmayanlara cinsiyyət dəyişdirməyə icazə verən və ya müvafiq əməliyyatlar aparan insanlar üçün ömürlük həbs cəzasını dəstəkləyib.
"Uşağı yetkin olana və müstəqil razılıq verə bilənə qədər sterilizə edən hər bir valideyn, yaxud həkim ömürlük həbsə atılmalıdır", - deyə Mask sosial şəbəkədə yazıb.
 Bu mövzuda digər xəbərlər:
Bu mövzuda digər xəbərlər: Baxış sayı:83
Baxış sayı:83 Bu xəbər 13 Mart 2025 04:30 mənbədən arxivləşdirilmişdir
Bu xəbər 13 Mart 2025 04:30 mənbədən arxivləşdirilmişdir



 Daxil ol
Daxil ol
 Xəbərlər
Xəbərlər Hava
Hava Maqnit qasırğaları
Maqnit qasırğaları Namaz təqvimi
Namaz təqvimi Qiymətli metallar
Qiymətli metallar Valyuta konvertoru
Valyuta konvertoru Kredit Kalkulyatoru
Kredit Kalkulyatoru Kriptovalyuta
Kriptovalyuta Bürclər
Bürclər Sual - Cavab
Sual - Cavab İnternet sürətini yoxla
İnternet sürətini yoxla Azərbaycan Radiosu
Azərbaycan Radiosu Azərbaycan televiziyası
Azərbaycan televiziyası Haqqımızda
Haqqımızda 
 
 
 
 TDSMedia © 2025 Bütün hüquqlar qorunur
TDSMedia © 2025 Bütün hüquqlar qorunur
 







 Günün ən çox oxunanları
Günün ən çox oxunanları



















