Maskın transgender qızı Epşteyn işi ilə bağlı iddiaları təsdiqlədi
Axsham.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Milyarder İlon Maskın transgender qızı Vivyen Uilson atasının Ceffri Epşteynin qalmaqallı adasına getdiyi ilə bağlı iddialara münasibət bildirib.
Axşam.az xəəbr verir ki, bu barədə o, sosial media hesabında yazıb. Vivyen bildirib etiraf edib ki, sənədlərdə göstərilən tarixlərdə Mask ailəsi ilə Epşteynin Litl-Sent-Ceyms adasının yaxınlığında istirahətdə olub. Onun sözlərinə görə, bu fakt elektron şikayət məktublarının həqiqi ola biləcəyini göstərir.
"Sənədlərdə göstərilən vaxtda bizim Sen-Bar adasında olduğumuzu təsdiqləyə bilərəm. Buna görə də bu barədə yayılan xəbərləri real hesab edirəm. Atamın bunu kontekstdən çıxarılıb deməsi də faktı təsdiqləyir" deyə, Vivyen yazıb.
21 yaşlı Vivyen əlavə edib ki, əvvəllər atasının Epşteynlə yazışmalarından və ya əlaqələrindən xəbərsiz olub. O qeyd edib ki, yeni təsdiqlənən məlumatlar ortaya çıxarsa, bunu açıq şəkildə paylaşmağa hazırdır.
Xatırladaq ki, daha əvvəl Epşteyn işi üzrə sənədlərdə 2014-cü il dekabrın 6-da İlon Maskın onun adasında olduğu iddia edilmişdi. Mask isə "X" sosial şəbəkəsində Epşteynlə ünsiyyəti olduğunu, lakin onun adaya dəvətlərini qəbul etmədiyini bildirib. O, bu iddiaların adını ləkələmək məqsədi daşıdığını deyib.
Mask vurğulayıb ki, Epşteynlə yazışmaları az olub və onun şəxsi təyyarəsi “Lolita Ekspress”lə uçmaqdan dəfələrlə imtina edib.
Qeyd edək ki, bir neçə il əvvəl milyarder Ceffri Epşteyn bir çox cinsi cinayətlərdə, o cümlədən azyaşlılarla bağlı zorakılıqda ittiham olunub. 2019-cu ildə milyarder məhkəməni gözləyərkən həbsxana kamerasında ölü tapılıb. Rəsmi məlumata görə, Epşteyn intihar edib. Lakin bir çoxları hesab edir ki, onu öldürüblər. Buna səbəb isə onun gizli adasında baş verənlər və onların detallarını açıqlamaması olub.
Vivyen Uilson (keçmiş adı Ksavyer Aleksandr Mask) İlon Mask və yazıçı Castin Uilsonun nikahından doğulub. Cütlük 2008-ci ildə boşanıb. Dörd il əvvəl anasının razılığı ilə Vivyen cinsiyyətini dəyişib. İlon Mask bu qərara qarşı çıxıb və övladı ilə əlaqəsini kəsdiyini açıqlayıb. Maskın ötən il 14-cü övladı dünyaya gəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 03 Fevral 2026 15:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















