Icma.az
close
up
RU
Maştağa paytaxtın qədim qəsəbəsi

Maştağa paytaxtın qədim qəsəbəsi

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakının böyük yaşayış məskənlərindən biri olan Maştağa 6 min illik tarixə malikdir. Burada Azərbaycanın qədim adət və ənənələri, inam və etiqadları, mifoloji təsəvvürləri qorunub saxlanılır. Daha doğrusu, qəsəbə əhalisi bütün bunları nəsildən-nəsilə ötürür və ən gözəl ərməğan kimi bu gün də yaşadır.

35 ildir Maştağanın tarixini araşdıran bələdçimiz Ağamehdi Hadinin sözlərinə görə, bu yaşayış məskəninin tarixi çox qədimdir və iş təkcə mənim araşdırmalarımla yekunlaşmamalıdır. Odur ki, gərək tarixçi alimlər bununla bağlı o vaxta qədər axtarışlar aparsınlar ki, cəm edib bir ensiklopedik kitab hazırlasınlar. Sual oluna bilər ki, Maştağanın nə tarixi var ki, uzun illər araşdırma aparırsınız? Müşahidələrimə əsasən deyə bilərəm ki, Maştağanın tarixi olduqca zəngin, geniş və əhatəlidir. Bir insan ömrü yetməz ki, tədqiqatlarla bağlı qarşısına qoyduğu hədəfləri tam araşdıra bilsin. 

Ağamehdi Hadinin uşaq vaxtlarından tarixə həvəsi olub. Həmişə yaşlı adamların əhatəsində vaxtını keçirib. Onların keçmişdən, qədimdən olan tarixi söhbətlərinə diqqətlə, maraqla qulaq asıb. Doğulduğu, bu gün nəfəs aldığı qəsəbənin tarixinin araşdırıcısı olmaq istəyi məhz bundan irəli gəlir. Odur ki, Maştağanın tarixi ilə bağlı müxtəlif illərdə 5 kitab ərsəyə gətirib.

Həmsöhbətim qeyd edir ki, yeniyetmə ikən yaşlı insanlardan eşidirdim ki, Maştağanın  səs-sorağı Fransaya da gedib çatıb. O vaxtlar mənə qəribə gəlirdi ki, necə ola bilər ki, Azərbaycanın bir kəndini Fransada tanısınlar. Sonralar yaşa dolduqca, müəyyən araşdırma aparandan sonra məlum oldu ki, yalnız Fransada yox, bütün Avropada tanıyıblar. Eyni zamanda, avropalı alimlərin, yunan alimi Heredotun və IX əsr alban tarixçisi Musa Kalankatlının tarixi əsərlərində, hətta ərəb mənbələrində Maştağa haqqında çoxlu maraqlı məlumatlar var. 

Maştağa adına XV əsr daş kitabəsində “Məşqədən”, XVI–XIX əsrin ortalarına qədər  olan yazılı abidələrdə isə “Məşqətə” kimi rast gəlinir. Abşeronun müxtəlif abidələrində öz adını həkk edən memar ustalar da adlarının yanında “Məşqətəli” sözünü yazıblar. Eləcə də maştağalı şair Atababa Hicrinin Əlyazmalar İnstitutunda şeirləri saxlanılan qovluğun üstündə də “Atababa Məşqətəli” yazılmış, hətta əlyazma vərəqində də “Məşqətəli” sözü qeyd olunub. Yalnız sovetlər dönəmində bolşeviklər tərəfindən–1930-cu illərdə Maştağa adı ilə əvəz edilib. Bolşeviklər Abşeronda çox adları dəyişiblər ki, bunlardan biri də Maştağadır. 

Görkəmli Azərbaycan tarixçisi Abbasqulu Ağa Bakıxanov “Gülüstani–İrəm” əsərində “Maştağa” toponiminin “massaget” sözündən yaranması fikrini irəli sürüb. Azərbaycan xalqının soykökündə mühüm rol oynayan bu tayfa eramızdan əvvəl V-VI əsrlərdə mövcud olub. Bu toponimin digər mənasını da Abbasqulu ağa Bakıxanov “Gülüstani-İrəm”də “Məşədi ağa” kimi verib. 

Maştağanın orta əsrlərdən bəri 34 məscidi, 34 hamamı, 34 ovdanı, müdafiə qalası və tarixi ərazisinin irimiqyaslı ictimai tikililərlə zəngin olması onu bu baxımdan sıralamada Bakıdan sonra ikinci yerə çıxarıb. A.Hadi bildirir ki, qəsəbədə 200 ildən yuxarı yaşı olan məscidlərin, qədim hamamların üstündə olan daş kitabələrində Məşqəti adı yazılıb. Maştağa Cümə məscidi 1893-1895-ci illərdə tikilib. Məscid maştağalı memar Ərtuğay İbn Hacı Xəlil əl-Məşqədəh tərəfindən inşa edilib. Məscidin minarəsinin memarı ustad Kərbəlayi Hacı Qulu olub və minarənin yuxarısında dairə boyunca Ayətəl-Kürsü də həkk edib. 1994-cü ildə bu məscidin nəzdində İmam Cəfəri Sadiq mədrəsəsi açılıb. Hazırda burada gənclər elmi dini biliklərə yiyələnirlər.

XVII əsrə aid Hunxar məscidi Seyid İbad Ağa küçəsində keçmiş bazarda yerləşən meydana bitişikdir. Məscidin üzərindəki kitabədə tikintisi və xırda təmirinin vaxtilə məhəllə sakinləri tərəfindən həyata keçirildiyi göstərilir. 1841-ci il zəlzələsində daha çox dağıntıya məruz qalsa da, 1875-ci ildə yenidən bərpa olunub.

Hacı Kəblə Hüseyn məscidi XVII əsrə,  Keçələr və Hacı Aslan məscidi XIX əsrə,  Əbülfəz Abbas məscidi isə XX əsrə aiddir. Kəblə Məhəmməd məscidi 30-cu illərdə sökülüb və məscidin yerində taxıl döymək üçün istifadə olunan geniş açıqlıqda – Xırmanda həyətlər salınıb. Hacı Mikayıl, Hacı Qasım, Binə məscidləri də sökülməyə məruz qalmışdır. Qumüstü Həsən bəy məscidi isə XVIII əsr tarixi abidəsi kimi dövlət tərəfindən qorunur. 

Digər abidələri hamamlardır ki, onlardan biri “Qum hamamı” 1920-ci illərin əvvəllərində qum altında aşkar edilib və cüzi təmirdən sonra istismara verilib. Hamam konfiqurasiyalı plana malik olub, iki əsas otaqdan–soyunma və yuyunma otağından ibarətdir. Abşeron tikililərinin təsnifatına Azərbaycan mülki memarlığının ən maraqlı obyekti kimi daxil olub. Şamxal hamamı–Maştağa kəndinin tarixi hissəsində Hunxar məhəlləsində yerləşməklə 1883-cü ildə inşa edilmişdir.  Hamam Şamxal bəy adlı bir maştağalı tərəfindən tikildiyi üçün belə adlandırılıb. Sovet işğalından sonra hamamın daxili interyeri dəyişdirilib və əvvəlki tarixi görünüşü məhv edilib. Müstəqillikdən sonra hamam istifadəsiz qalıb.

Maştağa həm də elm, mədəniyyət və sənət beşiyi olub. Təsadüfi deyil ki, Bakı kəndləri arasında ilk dəfə Maştağada “Kəndli klubu” yaradılıb. Savadsızlığı ləğv etmək üçün sonradan bu klublara qadınlar da cəlb edilib. Görkəmli mədəniyyət xadimi, Azərbaycanın tanınmış aktyoru Hacıməmməd Qafqazlı öz xatirələrində bu haqda qeyd edir ki, Maştağa mədəniyyət evi yaradılanda öncə “Kəndli klubu”, sonra isə “Fəhlə-kəndli klubu” adı altında fəaliyyət göstərib. İlk illərdə Maştağa Fəhlə-Kəndli Klubu Əliheydər Qarayevin adını daşıyıb. Seyidağa Seyidəli və Seyid Bağır Axundov qardaşlarının, Hüseyn Kamal və Həsən Hüseynzadələrin təşəbbüsü nəticəsində 1921-ci il noyabrın 3-də Maştağa mədəniyyət evinin əsası qoyulub. 

Maştağanın tanınmış adlı-sanlı adamları da az deyil. Kimlər gəlib-gedib bu torpaqdan, kimlərin izini yaşadır bu kəndin daşı, torpağı?.. Kimlər yazıb öz adını tarixin səhifələrinə?  Maştağanın yetirməsi Axund Əbdüssəlam Axundzadə 1895-ci ildən 1907-ci ildə qədər Qafqazın şeyxülislamı olub.  Onun üçcildlik “Tarixi-müqəddəs-ənbiya”, “Risaleyi-Zübtədül əhkam” və başqa əsərləri XIX əsrdə islama aid  yazılan ilk əsərlərdən sayılır. Maştağanın ilk qələm ustalarından sayılan Muxtar Bisavad klassik ədəbiyyatı, demək olar ki, əzbər bilməsinə baxmayaraq, özünə Bisavad təxəllüsünü götürüb. Bakıdakı məşhur “Məcməüş-şüəra” ədəbi məclisinin aparıcı üzvü olub.

Hacıağa Abbasov Azərbaycanın ilk Xalq artisti adını almaqla incəsənət tariximizə düşüb. Akademik Milli Dram Teatrının aktyoru olmuş H.Abbasov həm də səhnənin ilk İsgəndəridir (Mirzə Cəlil, “Ölülər”).  Böyükağa Qasımzadə  isə maraqlı bir taleyə sahibdir. O, həm maarifçilik, həm ədəbiyyat, həm də hərbi təyyarəçilik sahəsində nailiyyətlər qazanıb. II Dünya müharibəsində zabit rütbəsinə yiyələnmiş B.Qasımzadə sonradan xüsusi təyinatla hərbi təyyarəçilik məktəbinə göndərilib. İlahiyyatçı alim, klassik Azərbaycan və Şərq ədəbiyyatının mahir bilicisi olmuş Mirzə Əbdülkərim Maştağada elm və ədəbiyyatın inkişafında çox işlər görüb.

Əhmədağa Əhmədov isə Azərbaycanın ilk fundamental islam tarixçilərindən sayılır. Dövrünün ustad maarifçilərindən sayılan Seyidağa Axundzadənin atası isə məşhur milyonçu Hacı Zeynalabdin Tağıyevlə dost olub. Bu səbəbdən Seyidağa uşaqlıqdan hacının himayəsində olan mətbəə və mətbu orqanlara gedərək orada qəzet işiylə maraqlanıb. Bu sonradan onun maarifçi kimi yetişməsinə gətirib çıxarıb. Mircavad Axundzadə Maştağanın Axundzadələr nəslindən olan  fotoqraf kimi incəsənət tarixinə düşüb. Belə ki, o,  Azərbaycanın peşəkar və birinci fotoqrafı sayılıb. Abbasağa Quliyev–II Dünya müharibəsində qəhrəmanlıq göstərmiş maştağalılar cərgəsindədir. Müharibədən sonra isə ictimai-inzibati işlərlə məşğul olub və Maştağa qəsəbəsi Xalq Deputatları Sovetinin sədri vəzifəsində çalışıb. Bir neçə dəfə Rusiya Dumasına da deputat seçilib.

Məmmədsadıq Nuriyevin adı Azərbaycan tamaşaçısına az tanış olsa da, yaratdığı Davud obrazı (“Uşaqlığın son gecəsi”) onun kino tarixində qalmasına səbəb olub. Onun şah əsəri isə oğlu Yaşar Nuridir. Mərhum Xalq artisti, Əməkdar incəsənət xadimi ­“Sovetski” adlanan ərazidə böyüsə də, əslən maştağalıdır və bunu vaxtilə verdiyi müsahibələrində  də qeyd edib. 

Mərhum Xalq artisti, xanəndə Əlibaba Məmmədov Bakı muğam məktəbinin inkişafında əlindən gələni əsirgəməyib. Bir çox bəstələri dillər əzbəridir, tələbələri bu gün də ən tanınmış xanəndələr sırasındadır. Yazıçı Salam Qədirzadəni, məşhur meyxanaçı Ağasəlim Çıldağı bu gün də, yəqin ki, hamı yaxşı xatırlayır. Əliağa Vahidin tələbəsi olan A.Çıldağ sonradan özü çox saylı tələbələr yetişdirib.

Müşfiq MİRZƏ
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:277
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Fevral 2026 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see360

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see324

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see266

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see255

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see254

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see247

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see238

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see233

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see229

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see228

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see228

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see226

Azərbaycanlı aktrisa: İstanbullu gəlin idim, oldum istanbullu turist...

01 Sentyabr 2026 17:33see223

59 yaşlı Nikol qırmızı xalıya şəffaf geyimdə çıxdı

01 Sentyabr 2026 13:37see220

Xalq artisti: Məni ad gününə, toylarınıza da çağırmayın (Video)

01 Sentyabr 2026 15:15see219

Haber Global Prezident İlham Əliyevin Bişkekdə verdiyi mesajlardan bəhs edib

01 Sentyabr 2026 21:51see206

Teylor Svift ilk dəfə evlilik məhkəməsi ilə üzləşib...

01 Sentyabr 2026 21:52see203

Azərbaycanda Səhiyyə Menecmenti Forumu keçiriləcək

01 Sentyabr 2026 13:31see202

Cek Qriliş “Mançester Siti”dən “Everton”a qayıtdı

02 Sentyabr 2026 02:48see184

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri