Maştağa və Buzovnanı su basdı: Sakinlər fəryad edir VİDEO
Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakının Buzovna və Maştağa qəsəbələrini su basıb.
Redaktor.az “Xəzər TV”yə istinadən xəbər verir ki, hər iki qəsəbənin sakinləri yağış sularının küçələri bərbad vəziyyətə salmasından şikayətçidirlər.
Vətəndaşlar aidiyyəti qurumlara müraciət etsələr də, məsələyə baxılmadığını bildiriblər.
“Hər dəfə yağış yağanda küçələri su basır. Küçəni maşınla keçməyə ehtiyat edirik. Hətta bəzi maşınlar suyun dərinliyindən ehtiyat edib geri qayıdır. Vallah, aidiyyəti qurumlara demişik, baxan yoxdur. Nəvəmi belimdə yola çıxararaq məktəbə aparıram”, - vətəndaşlar bildirib.
Sakinlərdən biri deyib ki, yağış suları səbəbindən evinə 15 min manat ziyan dəyib:
“Evimiz təzə təmirdən çıxıb. 15 min mənə, 20 min manat xalamgilə ziyan dəyib”.
Xəzər Rayon İcra Hakimiyyətindən bildirilib ki, intensiv yağış qurunt sularının qalxmasına, subasma dinamikasının artmasına səbəb olub. Hazırda suların çəkilməsi istiqamətində işlər aparılır.
Sabunçu Rayon İcra Hakimiyyətindən isə verilən açıqlamada deyilib ki, problemə səbəb mövcud ərazidə kanalizasiya sistemi olmamasıdır.
Ətraflı videomaterialda:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 30 Noyabr 2024 10:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















