Icma.az
close
up
RU
Maştağada gəlinini öldürməkdə təqsirləndirilən qayınata: Söyüş söyürdü...

Maştağada gəlinini öldürməkdə təqsirləndirilən qayınata: Söyüş söyürdü...

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Maştağa qəsəbəsində gəlinini qətlə yetirməkdə təqsirləndirilən 66 yaşlı Ağanəbi Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən iclasda Dürdanə Əliyevanı öldürməkdə təqsirləndirilənin oğlu (mərhum gəlinin qaynı-red.) Ağamöhsün Əliyev şahid qismində ifadə verib.

O bildirib ki, hadisə baş verən zaman evdə olmayıb:

"Eşitdiyimə görə, mərhum böyük-kiçik tanımırmış, atama, anama qarşı hörmətsiz davranırmış. Atam da bu vəziyyətə dözməyib onu vurub. Hadisədən sonra atam işlədiyim marketə gəlib, "ailəm sənə əmanət, mən təslim olmağa gedirəm" dedi. Qardaşım (D.Əliyevanın əri-red.) görmə və fiziki qüsurludur, on ildir evli idilər. Amma son iki-üç ildə gəlinin xasiyyəti dəyişmişdi, davranışında problemlər yaranmışdı".

Ağanəbi Əliyev isə ifadəsində gəlini nalayiq hərəkət və söyüşə görə öldürdüyünü deyib:

"Həkim məsləhət görmüşdü ki, xəstə oğlumu evləndirim. Gəlin ailəmizə, oğluma qulluq etsin deyə oğlumu evləndirdim. Amma hərəkətləri, davranışı ilə ölməyə layiq idi. Uşaqlarını söyürdü, o söyüşlər mənə çatırdı, qəbullana bilmirdim".

Məhkəmənin növbəti iclası oktyabrın 30-na təyin edilib.

Qeyd edək ki, hadisə Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. Ağanəbi Əliyev 33 yaşlı gəlini Dürdanə Əliyevanı bıçaqlayaraq qətlə yetirməkdə ittiham olunur. Qətl ailədaxili mübahisə zəminində törədilib. Mərhumun üç azyaşlı övladı qalıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:94
embedMənbə:https://oxu.az
archiveBu xəbər 23 Oktyabr 2025 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see238

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see179

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see164

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see155

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri