Icma.az
close
up
RU
® “Mastercard” dayanıqlılıq mövzusunda “Sandbox as a Service” hakatonunun qaliblərini elan edir AZƏRTAC

® “Mastercard” dayanıqlılıq mövzusunda “Sandbox as a Service” hakatonunun qaliblərini elan edir AZƏRTAC

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Mastercard” ABB ilə əməkdaşlıq çərçivəsində iqlim dəyişikliyinə qarşı mübarizə üçün innovativ finteks həlləri kəşf etmək məqsədilə keçirilən “Sandbox as a Service” platforması üzrə virtual hakatonu uğurla başa vurub. Hakatonda regionun 8 aparıcı finteks startapı iştirak edib. Onlar dayanıqlı inkişafı dəstəkləmək və karbon emissiyalarını azaltmaq üçün məhsulları canlı təqdim ediblər.

Hakatonda ümumilikdə 50-dən çox regional və yerli finteks həlləri dəyərləndirilib. Finalçılar Azərbaycan bazarında fəaliyyət göstərə bilmək qabiliyyəti, banklarla inteqrasiya üçün hazır məhsullar təqdim etmək və dayanıqlılıq mövzusuna uyğun olmaq kimi meyarlara əsasən seçilib.

Final günündə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, ABB, Kapital Bank, PAŞA Bank, “Mastercard” və SABAH HUB-ı təmsil edən altı ekspertə iştirakçılar tərəfindən məhsul təqdimatları keçirilib. Ekspertlər təqdim edilmiş həlləri “Sandbox as a Service” platformasında banklar, innovasiya və istifadəçi təcrübəsi üçün aktuallıq baxımından dəyərləndiriblər.

Dayanıqlılıq üzrə hakatonunun qalibləri aşağıdakılar olub:

•I yer – CARBONEMIT

• II yer – BESO

• III yer – FARADAI

Birinci yerə çıxan CARBONEMIT startapı ABB tərəfindən inkişafını genişləndirmək üçün 10000 ABŞ dolları və “Mastercard”ın “Sandbox as a Service” platformasına tam giriş imkanı əldə edib. İkinci və üçüncü yerin sahibləri isə platformaya fərdi giriş hüququ və əlavə “Mastercard” üstünlükləri ilə mükafatlandırılıblar.

Bu komandalar iqlim problemlərinin həlli üzrə qabaqcıl yanaşmalar və banklar, həmçinin maliyyə institutları üçün praktik tətbiqlər təklif etməklə münsiflərdən yüksək qiymət alıb.

“Mastercard” dayanıqlı innovasiyaları dəstəkləməyə, ətraf mühitə qarşı məsuliyyəti təşviq etməyə və daha yaşıl gələcəyə töhfə verən finteks həllərini dəstəkləmək öhdəliyinə sadiqdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Noyabr 2024 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see241

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see237

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see219

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see210

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see194

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see181

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see173

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see169

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see166

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see157

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see154

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see150

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see149

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see148

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see148

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see147

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see139

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see137

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri