“MasterChef Türkiyə”də çəkilişlər dayandırıldı SƏBƏB
Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.
Türkiyənin məşhur "MasterChef Türkiye" yarışmasının çəkilişləri studiyanı su basması səbəbindən müvəqqəti dayandırılıb.
BAKU.WS xəbər verir ki, İstanbulda yağan güclü yağış nəticəsində yarışmanın çəkildiyi studiyada su basması baş verib. Bu səbəbdən çəkiliş meydançasına və texniki avadanlıqlara ziyan dəyib.
Hadisə ilə əlaqədar çəkilişlərə müvəqqəti fasilə verilib. Əvvəlcədən çəkilmiş bölümlərin ehtiyatı tükəndiyindən oktyabrın 23-də tamaşaçılara yeni bölüm əvəzinə təkrar bölüm təqdim olunub.
Hazırda studiyada təmizlik, texniki baxış və təmir işlərinin aparıldığı bildirilir. Çəkilişlərin nə vaxt bərpa olunacağı və yeni bölümlərin hansı tarixdə yayımlanacağı ilə bağlı dəqiq məlumat açıqlanmayıb.
Qeyd edək ki, təkrar bölümün yayımlanması sosial şəbəkələrdə yarışmanın başa çatması və ya final etməsi ilə bağlı müzakirələrə səbəb olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 24 Oktyabr 2026 12:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















