“MasterChef Türkiye”nin münsifi barəsində həbs qərarı verildi Foto
Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“MasterChef Türkiye” televiziya yarışmasının məşhur münsiflərindən olan aşpaz Somer Sivrioğlu barədə həbs qərarı verilib.
Ölkə.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, buna səbəb isə 2 il əvvəl onun İstanbuldakı lüks restoranının istinad divarının uçması nəticəsində 1 nəfərin ölməsi və 1 nəfərin yaralanmasıdır.
İstanbul 32-ci Ağır Cinayətlər Məhkəməsində keçirilən iclas zamanı aralarında şef S.Sivrioğlu da olmaqla 3 nəfər barəsində həbs qərarı verilib.
Məhkəmənin qərarı ilə şef Somer Sivrioğlu, Kazım Evirgen ve Kadri Berk Cemal barəsində 5 il 6 ay 20 gün müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
Komitə təqsirləndirilənlər Sakine Öçal, Gülay Kula, Sevinç Kula və Mehmet Levent Kulaya bəraət verilməsinə qərar verib.
Qeyd edək ki, 21 may 2022-ci ildə İstanbulun Etiler rayonu Nispetiye küçəsində lüks restoran qarşısındakı istinad divarı uçub. Hadisə nəticəsində iordaniyalı sabiq diplomat Əhməd Muhamməd Salem Lubbad ölüb, 1 nəfər isə ağır yaralanıb.
Prokuror ittiham aktında təqsirli şəxslər barəsində 22.5 il həbs cəzası istəmişdi.
Billurə Yunus



Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 06 Dekabr 2024 16:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















