Icma.az
close
up
RU
Mastopatiyadan yaxa qurtarmaq Sağlamliq hər kəsin öz əlindədir...

Mastopatiyadan yaxa qurtarmaq Sağlamliq hər kəsin öz əlindədir...

Saglamolun portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İndi siz mastopatiyadan yaxa qurtarmaq üçün həkim müalicəsi ilə yanaşı, özünüzdən asılı olan və hər bir xanımın yerinə yetirə biləcəyi qaydalarla tanış olacaqsınız.

Diqqətli olun və dediklərimizi yadda saxlayıb əməl edin. Bilin ki, müasir dövrdə bu xəstəliyin müalicəsi əsasən onu yaradan səbəbdən asılı olaraq aparılır. Çünki qadının süd vəzində yaranan mastopatiya orqanizmdəki bəzi xəstəliklər nəticəsində əmələ gələn fəsaddır. (Bu məqama biz əvvəlki söhbətlərimizdə toxunmuşuq.) Ona görə də ilk növbədə mastopatiyaya səbəb olan amilləri aradan qaldırmaq lazımdır: məsələn, bizi əzən psixoloji təzyiqi, vücudumuzda əmələ gəlmiş hormonal disbalansı, ginekoloji xəstəliklərimizi, qara ciyərin disfunksiyasını və s.

Hə, əziz xanımlar. Bilirəm ki, sizi ən çox qorxudan döşünüzün əməliyyat olunması ehtimalıdır. Yadda saxlayın ki, təyin ediləcək müalicənin növü (cərrahi, yaxud konservativ yol)  yalnız yekun diaqnoz qoyulandan sonra dəqiqləşir. Öncə araşdıraq görək, konservativ müalicə nə deməkdir? Diffuz mastopatiya zamanı təyin olunan bu müalicə növü iki qrupa bölünür: qeyri-hormonal və hormonal. Fitoterapiya, homeopatik preparatlar, vitamin kompleksləri, mikroelementlər və bioloji aktiv qida əlavələri vasitəsilə aparılan müalicə qeyri-hormonal müalicə sayılır. Hormonal müalicə isə hestagenlər, androgenlər, antiprolaktin preparatları nəzərdə tutur. Konservativ müalicədə dərmanlar təyin olunarkən nevrozun, müştərək ginekoloji xəstəliklərin müalicəsi də nəzərə alınır, həmçinin xanımlara normal cinsi həyat sürmək, hamiləliyi doğuşla sonlandırmaq, körpəni  əmizdirmək kimi tövsiyələr verilir.

Cərrahi müalicə əsasən mastopatiyanın düyünlü formalarında, axardaxili papillomada, xoşxassəli şişlərdə və solitar kistalarda təyin olunur. Lakin mammoloq kimi qeyd etməliyəm ki, cərrahi əməliyyat bu xəstəliyin səbəbini aradan qaldırmır. Əməliyyatdan bir müddət sonra süd vəzinin başqa hissəsində yenidən mastopatiya əmələ gələ bilər. Ona görə də cərrahi müalicəyə seçici yanaşmaq, əməliyyatla yanaşı problemi əmələ gətirən səbəbi də araşdırmaq və tədbir görmək lazımdır.

Xanımlar bilməlidirlər ki, mastopatiyadan yaxa qurtarmaqda düzgün qıdalanmanın böyük əhəmiyyəti var. Sutkalıq rasiondakı qidalar orqanizm üçün optimal olduqda hormonal fon tənzimlənir, əks halda hormonal statusda qadın üçün təhlükəli dəyişikliklər baş verir. Düzgün qidalanma isə yalnız hər kəsin özündən asılıdır. Gəlin etiraf edək ki, heç bir həkim heç bir xəstənin sutka ərzində qidalanmasını nəzarətdə saxlaya bilməz. Özünüz gərək iradəli olasınız və zərərli qidaları qəbul etməyəsiniz. Bəs, hansı qidalar sizin üçün faydalıdır? Bax, bunu indi öyrənəcəyik.

Təbii ki, daim dərman qəbul etmək qeyri-mümkündür. Ona görə də, sağalmaq üçün ümidinizi ancaq dərmanlara bağlamayın. Diqqət edin görün, içdiyiniz bitki mənşəli dərmanların tərkibinə hansı maddələr daxildir? Bunu dəqiqləşdirdikdən sonra həmin  maddələri qida vasitəsilə də qəbul etməyə çalışın.

Bu baxımdan sizə bir sıra məsləhətlər verə bilərik: Əksər mammoloqlar əmindirlər ki, mastopatiyadan əziyyət çəkən xanımlar kələm yeməlidirlər. Çünki kələmin tərkibində estrogenlərin müxtəlif toxumalara daxil olmasını blokada edən xüsusi maddələr var. Eyni xüsusiyyətə portağal, ərik, qarağat da malikdir. Vacib olan məhsulların siyahısına üzüm, albalı, mandarin, alma və kivi də daxildir. Həmçinin pomidor, təzə şüyüd, ispanaq yemək də faydalıdır. Bilin ki, “estrogenli qadınlar”ın süfrəsində paxla, lobya, noxud, qarabaşaq mütləq yer almalıdır. Həmçinin soya tərkibli dənli bitkilər potensial xərçəng əleyhinə aktivliyə malik olduqlarından qida rasionuna mütləq salınmalıdır.

Yemək-içmək məsələsində ustad olan xanımlarımız, evdə hər kəsin nazı ilə oynadığınız, hər bir doğmanızın ürəyincə olan menyu hazırlamağa çalışdığınız zaman özünüzü də yaddan çıxartmayın. Əgər süd vəzilərinizdə mastopatik problem varsa, qəhvə (kofe) içməyi azaldın; siqaretdən tamamilə imtina etsəniz, lap yaxşı olar. Gün ərzində 1 çay qaşığından artıq  xörək duzu istifadə etməyin. Yağlı qidalardan, konservləşdirilmiş ərzaqdan, duzlu və hisə verilmiş məhsullardan çəkinin.

Bir məsələni də bilməyiniz vacibdir: həm kistoz-fibroz mastopatiya, həm də süd vəzi xərçəngi (SVX) müəyyən dərəcədə bağırsaqların fəaliyyətinin zəifliyindən, xronik qəbzlikdən, dəyişilmiş bağırsaq mikroflorasından, gündəlik qida rasionundakı lifli qidaların miqdarından da asılıdır. Ola bilər ki, bu halda   ifraz olunmuş estrogenlər yenidən qana sorulsun. Əgər kistoz-fibroz mastopatiya probleminiz varsa, lifli qidalar çox qəbul etməyin, adekvat miqdarda (gündə 1,5-2 litr) maye qəbul edin. Estrogenlər qara ciyərdə parçalandığından, bu orqanın normal fəaliyyətinə mane olan pəhriz pozuntuları (xolestaz, yağlı qidalar, alkoqol və digər hepatotoksik maddələr) vaxt keçdikcə estrogenlərin orqanizmdəki balansını pozur. Öz növbəsində qara ciyərin funksiyasını yüngülləşdirmək və normallaşdırmaq üçün B qrupu vitaminləri, yaxud A və  B vitamin kompleksi, E vitaminindən ibarət polivitaminlər qəbul edilməlidir. Çünki bu vitaminlər  orqanizmdə metabolizm və hormonal disbalansı normallaşdırır, mərkəzi və periferik sinir sisteminin işini tənzimləyir, yumurtalıqların və qalxanabənzər vəzin funksiyasını qaydaya salır, immun sistemini gücləndirir və s. Məlumat üçün bildirək ki, mastopatiyanın müalicəsində əsasən A, C, E, həmçinin B qrupu vitaminlərdən (xüsusilə B6) geniş istifadə olunur. Təcrübə göstərir ki, xəstəyə bu vitaminlərin təyin edilməsi süd vəzilərində ağrıları azaldır.

Nəzərə alın ki, siklik mastopatiya zamanı (bunun əlamətlərindən biri predmenstrual sindromdur), xüsusilə əllərin və aşağı ətrafların şişməsi ilə müşayiət olunan mastopatiya zamanı menstruasiyadan bir müddət əvvəl yüngül sidikqovucu vasitələrdən (məsələn, bitki çaylarından) istifadə etmək faydalı olar. Sidikqovucular bədənin müxtəlif yerlərində toplanmış artıq mayedən xilas olmağa imkan verir.

Onu da xatırladaq ki, siklik və daimi xarakter daşıyan mastopatiya zamanı byusqalterinizi də düzgün seçməlisiniz. Elə byusqalter geyinin ki, süd vəzinin xronik deformasiyasına səbəb olmasın; xüsusən böyük və sallanan döşlərdə vəzin sıxılmasına imkan verməyin. Əks halda düzgün seçilməyən alt geyiminiz bağ aparatının gərginliyinin artmasına, döşlərinizin ağrımasına səbəb ola bilər.

Qara ciyərində problem olan xəstəyə adətən bu orqanın işini yaxşılaşdıran essensial, karsil, B qrupu vitaminləri təyin edilir. Yumurtalıqların iltihabi xəstəliklərində isə iltihab əleyhinə müalicə yazılır.

Xüsusi qeyd etmək istəyirik ki, süd vəziləri qadınlarda psixoemosional gərginliyə dərhal reaksiya verən həssas orqandır. Fikir verin, evdə və ya işdə baş verən xoşagəlməz hallar, yorğunluq, narahatlıq, depressiya dərhal süd vəzinizdə ağrı ilə müşayiət olunur. Bunun qarşısını almaq üçün sizin psixoemosional vəziyyətinizdən asılı olaraq, mastopatiyanın kompleks müalicə sxeminə bitki mənşəli yüngül sakitləşdirici preparatlar daxil edilməlidir (məsələn, “nastoyka pustırnika, nastoyka valerianı” kimi tanıdığımız damcılar). Əgər vəziyyət ciddidirsə, daha güclü təsirə malik sedativ preparatlardan istifadə olunması məsləhətdir.

Belə, əzizi xanımlar. Məsləhətlərimizə qulaq asıb əməl etsəniz, daha tez sağalarsınız. Görərsiniz ki, həqiqətən, sağlamlıq hər kəsin öz əlindədir.

Günay Əhmədova
onkoloq, tibb üzrə fəlsəfə doktoru,
ATU-nun Onkoloji Klinikası.

Modern.az

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 01:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see157

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see138

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see129

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri