Matç zamanı meydana ildırım düşdü Futbolçu öldü Anbaan video
Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Taylandda futbol oyunu zamanı meydana ildırım düşməsi faciə ilə nəticələnib.
“Qafqazinfo” xəbər verir ki, hadisə zamanı bir futbolçu həyatını itirib, daha 9 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisə ölkənin cənubundakı Narativat əyalətində güclü yağış altında keçirilən futbol matçı zamanı baş verib. Məlumata görə, ildırım birbaşa meydanın mərkəzinə düşüb. Zərbədən sonra bir neçə oyunçu yerə yıxılıb, meydana daxil olan təcili tibbi yardım briqadaları yaralılara ilkin yardım göstəriblər.
Bütün müdaxilələrə baxmayaraq, “Yala” klubunun 27 yaşlı futbolçusu Sofvan Avaenin həyatını xilas etmək mümkün olmayıb. Hadisə nəticəsində daha 9 futbolçu yaralanıb.
Qeyd edək ki, Sofvan Avae ötən mövsüm “Pattani” klubunun Tayland İkinci Liqasına yüksəlməsində mühüm rol oynamışdı. O, 18 oyunda 7 qol vurmuş, cəmi bir neçə gün əvvəl isə “Yala” ilə müqavilə imzalamışdı.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 05 Avqust 2026 03:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















