Icma.az
close
up
RU
Materialları prokurorluğa geri göndərdi KONKRET

Materialları prokurorluğa geri göndərdi KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Nazənin Səmədovanın (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.

İttihama görə, təqsirləndirilən şəxs gözəllik salonunda dırnaq ustası kimi çalışan zərərçəkmiş Səma Məlikovanın (adı, soyadı şərtidir) ona 2 manat borclu olması səbəbindən telefonla pulunu tələb edib. Tərəflər arasında yaranan mübahisədən sonra Nazənin Səmədova Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Gold” gözəllik salonuna gələrək zərərçəkmiş şəxslə üz-üzə qarşılaşıb. Təqsirləndirilən şəxs ictimai yer olan salonun qarşısında Səmanın ünvanına nalayiq ifadələr işlədib, ictimai qaydanı kobud şəkildə pozaraq cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirib. Daha sonra o, qadının üzərinə hücum edərək təxminən 15-20 dəqiqə davam edən mübahisə zamanı onun sinəsindən tutaraq silkələyib, sol əl barmaqlarını burub və müxtəlif xəsarətlər yetirib.

Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, zərərçəkmiş şəxsdə sol əlin IV barmağının proksimal falanqasının qapalı yerdəyişən sınığı, eləcə də sağ said nahiyəsində qançırlar aşkarlanıb. Bu xəsarətlər sağlamlığın uzun müddət pozulmasına səbəb olan, lakin həyati təhlükə yaratmayan az ağır bədən xəsarəti kimi qiymətləndirilib.

Bu səbəbdən Nazənin Səmədovaya Cinayət Məcəlləsinin 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham elan olunub.

Lakin məhkəmə baxışı zamanı cinayət işinin materiallarında ciddi prosessual çatışmazlıq müəyyən edilib. Belə ki, ittiham aktında və digər materiallarda zərərçəkmiş şəxsin şəxsiyyəti ilə bağlı məlumatlarda yalnız “X3” qeyd olunsa da, həmin şəxsin məhz bu şəxs olduğunu təsdiq edən hər hansı rəsmi sənəd iş materiallarına əlavə edilməyib.

Məhkəmə hesab edib ki, belə bir çatışmazlıq cinayət işinə mahiyyəti üzrə baxılmasına mane olur. Bu səbəbdən Nazənin Səmədovanın Cinayət Məcəlləsinin 127.1 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəmə baxışına xitam verilib.

Qərara əsasən, cinayət işi aşkar olunmuş prosessual nöqsanların aradan qaldırılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Abşeron Rayon Prokurorluğuna qaytarılıb.Eyni zamanda məhkəmə təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilmədən qüvvədə saxlanılmasına qərar verib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://konkret.az
archiveBu xəbər 27 İyul 2026 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see393

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see378

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see309

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see308

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see302

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see229

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see227

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see209

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see205

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see186

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see182

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see177

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see171

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see167

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see167

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri