Mateuş Koxalski: Azərbaycanda davadalaş, küçədə söyüş kimi şeylərin şahidi olmamışam
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
"Azərbaycanda dava-dalaş, küçədə söyüş kimi şeylərin şahidi olmamışam".
Oxu.Az xəbər verir ki, bunu "Qarabağ"ın qapıçısı Mateuş Koxalski "Przegladsportowy" nəşrinə müsahibəsində deyib.
24 yaşlı qolkiper Bakıda Xorvatiya təmsilçisi "Dinamo"ya (Zaqreb) qarşı keçirdikləri Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu (0:2) haqqında danışıb.
Polşalı oyunçu "Çempionlar Liqasının himnini eşidəndə bir az stres keçirdinizmi?" sualına belə cavab verib:
"Bəli. Amma eyforiya daha çox idi. Arzumu reallaşdırdım, avrokuboklarda oynamaq üçün "Qarabağ"a gəldim".
Koxalski Azərbaycan haqqında da danışıb:
"Burada təhlükəsizlik hissi daha da böyükdür. Mən nə dava-dalaş, nə küçələrdə sərxoş insanlar, nə də evsiz-eşiksiz olanları gördüm".
Qeyd edək ki, Mateuş Koxalski cari ilin avqustunda "Qarabağ"a transfer olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 28 Dekabr 2024 04:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















