Icma.az
close
up
RU
Matiya Şpiçiç: “Hayduk” “Zirə”ni keçə bilməsə...

Matiya Şpiçiç: “Hayduk” “Zirə”ni keçə bilməsə...

Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda legioner həyatı yaşamış, hazırda isə Xorvatiyanın “NK Qoritsa” klubunda məşqçi kimi çalışan Matiya Şpiçiç apasport.az saytına müsahibə verib.

- “Hayduk” ilk matçında Bakıda “Zirə ilə bərabərə qaldı. Səncə, birinci oyundan sonra hansı komanda növbəti mərhələyə adlamaq üçün daha yaxşı şansa sahibdir?
- Həqiqətən də maraqlı oyun olub. İndi də belə olacaq. Fikrimcə, “Hayduk”un növbəti mərhələyə keçmək şansı bir az çoxdur. Məncə, şanslar 40/60-a “Hayduk”un xeyrinədir. Onları daha şanslı hesab edirəm. Ancaq futboldur da, görəcəyik.

- Bakıda keçirilən ilk matçı izlədin? Səncə, hesab ədalətli idi?
- Bəli, Bakıdakı matça baxdım. Amma düzü, ikinci hissəyə daha diqqətli və tam olaraq baxa bildim. Məncə, birinci hissədə “Zirə” daha da yaxşı olan tərəf idi. Yaxşı epizodları da var idi. Bu mənada deyə bilərəm ki, ilk matçın nəticəsi ədalətli idi.

- “Zirə”nin baş məşqçisi Rəşad Sadıqova qarşı futbolçu kimi oynamısan. “Zirə”nin performansını necə dəyərləndirirsən?
- “Zirə” haqda əlbəttə ki, məlumatlıyam. Yəni, son illərdəki matçlarını nəzərdə tuturam, yoxsa klubu onsuz da tanıyıram. Onların “Osiyek”ə qarşı keçirdiyi hər iki görüşə də baxmışdım. Bu dəfə də “Hayduk”a qarşı təşkilatlanmış komanda gördüm. Heyətində də bir neçə yaxşı futbolçu var. Davit Volkov və Giorgi Papunaşvilini yaxşı tanıyıram, çünki onlarla birlikdə “Dinamo” (Tbilisi) klubunda oynamışam. Onların fərdi keyfiyyəti də var. 

Rəşad Sadıqov haqda da fikrim yüksəkdir. Fikrimcə, o, çox yaxşı məşqçidir. Böyük təcrübəyə sahibdir. “Zirə” ilə yaxşı nəticələr əldə edəcəyindən əminəm. 

- “Hayduk” “Zirə”ni keçə bilməsə, Xorvatiyada tənqidlər çoxalacaq? “Zirə” bir mövsüm əvvəl “Osiyek”i keçə bilmişdi...
- “Hayduk” növbəti mərhələyə keçə bilməsə, bu onlar üçün böyük uğursuzluq olacaq və böyük tənqidlər də başlayacaq. Çünki hamı “Hayduk”un “Zirə”ni keçəcəyini gözləyir. Amma mənim fikrimcə, “Zirə”ni keçmək elə də asan olmayacaq.

- Yeri gəlmişkən, sənin komandanın rəqiblərindən olan “Varajdin” azərbaycanlı futbolçu Rüfət Abdullazadə ilə müqavilə imzaladı. Onun haqda hansı fikirdəsən?
- Bəli, “Varajdin” bizim rəqiblərdəndir, Konfrans Liqasında da iştirak edir. Düzü, Rüfətin oyununu izləməmişəm. Amma bu cür transferin reallaşdığını bilirəm.

Rüfət haqda bir söz deyə bilmərəm. “Varajdin” isə stabil, yaxşı klubdur. Bu mənada, Rüfətin yaxşı seçim etdiyini düşünürəm. “Varajdin”in yaxşı baş məşqçisi var.

“Qarabağ”ın “Şkendiya” ilə matçlarının hakimləri müəyyənləşib AL: "Beşiktaş" "Şaxtyor" səfərində, "Sabah"ın potensial rəqibi bəlli olur - YENİLƏNİR UEFA reytinqi: AZƏRBAYCAN RUSİYANI GERİDƏ QOYDU Azərbaycanda ilk: Zubir “100”ə çatdı “Neftçi”dən “Qarabağ”a qədər: Avropada 150-ci qələbə
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://apasport.az
archiveBu xəbər 01 Avqust 2025 00:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see297

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see292

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see283

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see270

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see263

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see259

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see245

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see234

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see228

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see220

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see209

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see204

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see182

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri