Matizin qalmaqallı mahnısı Türkiyədə bloklandı
Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyədə müğənni Mabel Matizin bir neçə gün öncə yayımlanan yeni mahnısı “Perperişan”a giriş bloklanıb.
Axşam.az xəbər verir ki, bununla bağlı Ailə və Sosial Xidmətlər Nazirliyi ölkənin Ankara Növbətçi Sülh Cəza Məhkəməsinə müraciət edib.
Bildirilib ki, mahnının məzmunu ailə dəyərlərinə zərər vura, uşaqların və gənclərin psixi inkişafına mənfi təsir göstərə, ictimai asayişi poza bilər.
Əlavə olunub ki, vətəndaşlar da CİMER (Cümhuriyyət İnformasiya Mərkəzi) vasitəsilə nazirliyə mahnının sözlərinin “türk ailəsinin adət və ənənələrinə zidd” olması ilə bağlı şikayətlər ünvanlayıblar.
Nazirliyin tələbi ilə sözügedən mahnı rəqəmsal musiqi platformalarında bloklanıb.
Matiz məsələyə münasibət bildirərək mahnının sözlərinin qəsdən tamamilə başqa yerə yozulduğunu deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 18 Sentyabr 2025 14:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















