Icma.az
close
up
RU
Matveyev barəsində qanun çərçivəsində tədbir görülməlidir DEPUTAT

Matveyev barəsində qanun çərçivəsində tədbir görülməlidir DEPUTAT

Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.


Rusiya Dövlət Dumasının deputatı Mixail Matveyev gazeta.ru nəşrinə 11 avqust 2025-ci ildə verdiyi müsahibəsində Azərbaycana münasibətdə məsuliyyətsiz və qəbuledilməz fikirlər səsləndirmişdir.
Azərbaycanın Ukraynaya növbəti dəfə humanitar yardım göstərmək qərarını “rusofob” addım kimi qiymətləndirən Matveyev Rusiyada yaşayan azərbaycanlılara qarşı repressiv addımlara çağırmışdır.
Aydın məsələdir ki, cənab Matveyevi narahat edən məsələ humanitar yardım deyil, Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar olunması və beləliklə hər iki dövlətin müstəqilliyi əleyhinə onilliklər ərzində rıçaq kimi istifadə edilmiş faktorun aradan qalxmasıdır.
Azərbaycanı sistematik rusofobiyada ittiham edən rusiyalı deputatın diqqətinə çatdırmaq istərdik ki, rusofob ölkədə rus teatrı, rus dilində məktəblər və rus dilində nəşrlər olmur. Matveyev və onun kimiləri bilməlidir ki, Azərbaycan əleyhinə belə nankorcasına təbliğat aparmaları Azərbaycanda dövlət büdcəsi hesabına rus dili və mədəniyyətinin təşviqi məsələsinə yenidən baxmağı aktuallaşdırır.
Azərbaycan diasporuna qarşı repressiv tədbirlərə çağıran deputata xatırlatmaq istərdik ki, siyasi motivlərlə bütöv bir etnik qrupun hədəf alınması irqçilikdir. Görünür, cənab Matveyev və onun kimiləri II Dünya Müharibəsində on milyonlarla insanın həyatı bahasına məğlub edilmiş bir ideologiyanı dirçəltmək və tətbiq etmək qərarına qəliblər.
Rusiya tərəfinin Azərbaycan Hava Yolları təyyarəsinin Rusiya ərazisində vurulması ilə bağlı və ondan sonra nümayiş etdirdiyi bir sıra addımları, o cümlədən, bu yaxınlarda Ukrayna ərazisində Azərbaycanın SOCAR şirkətinə məxsus neft anbarına və ölkəmizə aid digər obyektlərə, həmçinin Azərbaycan qazını Ukraynaya nəql edən qaz kompressor stansiyasına məqsədyönlü şəkildə hava zərbələri endirməsi ikitərəfli münasibətlərin əsaslarını sarsıdır.
Biz Rusiyanın siyasi dairələrinin Azərbaycana qarşı sözügedən addımlarını pisləyirik. Həmişə faşizm və onun müasir formalarına qarşı mübarizədə ön planda olduğunu iddia edən Rusiya Federasiyasının məsul dövlət qurumlarından deputat Matveyevin ikitərəfli əlaqələrə zərər verən, etnik və dini əsasda nifrət və düşmənçilik yaradan irqçi təbliğatı ilə əlaqədar qanun çərçivəsində tədbir görməyi tələb edirik.
Qaya Məmmədov, Milli Məclisin deputatı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 11 Avqust 2025 21:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see858

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see289

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see281

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see279

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see277

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see253

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see240

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see207

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see204

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see196

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see196

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see193

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see192

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see192

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see192

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see186

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see178

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see170

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see165

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri